Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:21

İlham Əliyev deyir ki, ona birbaşa şikayət etsinlər


İlham Əliyev Naziurlər Kabinetinin iclasında deyib ki, qorxmasınlar, ona birbaşa şikayət etsinlər: “kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.

Xatırladaq ki, elektron formada Prezidentə aşağıdakı üsullarla müraciət etmək olar : İlk öncə Prezidentin rəsmi İnternet saytına (president.az) daxil olmaqla elektron formada məktub göndərmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı var.Bunun üçün http://az.president.az/letters/new_form linkinə daxil olmaqla müvafiq formada 1500 işarə həcmində mətn yerləşdirmək olar. Prezidentin rəsmi İnternet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər PrezidentAdministrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur.

XS
SM
MD
LG