Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:22

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

10:02 24.7.2015

Məhkəməcik

Rəssamın karikaturayla çatdırdığı fikrə münasibətini «Şərhlər» bölümünə yaz!

10:06 24.7.2015

Jurnalist, müəllim, şair, tərcüməçi...

«Bakıda Avropa Oyunlarının son günündə, iyunun 24-də Avropa Olimpiya Komitələrinin prezidenti Pat Hickey kütləni əli ilə salamladıqdan sonra bir elan etmişdi. «Azərbaycanın gələcəyi parlaqdır»- demişdi. Bundan bir ay sonra, iyulun 24-də Azərbaycan hakimiyyəti ölkənin ən tanınmış jurnalisti, Avropa Oyunları da daxil, hökumətin korrupsiyasına dair mürəkkəb təhqiqatlar aparmış Xədicə İsmayılı mühakimə etməyə hazırlaşır». (Yazının davamı burada)

11:23 24.7.2015

İçəri buraxmırlar

Məhkəmə binası önündə sıxlıq yaranıb, jurnalistlər və səfirliklərin nümayəndələri içəri buraxılmır. Məhkəmənin qapıları bağlanıb.

Məhkəmə nəzarətçiləri bunu belə izah ediblər: «İçəri keçənləri yoxlamağa imkan verilmir».

Fransa səfirliyinin əməkdaşı məhkəmə işçilərinə etirazını bildirib ki, diplomatın önünü kəsməyə heç kimin ixtiyarı yoxdur.

11:32 24.7.2015

«Xədicə» qışqırdılar

Jurnalistlərin hamısı içəri buraxılmayıb.

Artıq məhkəmə prosesi başlayıb. İddialar var ki, ictimai-siyasi şəxsləri, müstəqil media nümayəndələrini buraxmamaq üçün zalda prosesə aidiyyəti olmayan adamlar otuzdurulub ki, içəri dolu görünsün. İçəri buraxılmayanlar məqsədli şəkildə proses üçün kiçik zal ayrıldığını deyirlər.

Onlarla jurnalist, ictimai fəal çöldə qalıb. Onlar etirazlarını əl çalmaqla və «Xədicə» qışqırmaqla bildiriblər

Davamı

XS
SM
MD
LG