Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:42

15 köçkün ailəsi gecələr yatmır...


Arxiv fotosu
Arxiv fotosu

-

"Bu bina 1941-ci ildə çiy kərpicdən tikilib. İstismar müddətini çoxdan başa vurub. Göz görə-görə binadan hər gün bir kərpic qopub düşür".

Söhbət Mingəçevir şəhərində 14 məcburi köçkün ailəsinin məskunlaşdığı binadan gedir. Vaxtilə "Mingəçevir Regional Elektrik Şəbəkəsi" MMC-nin keçmiş inzibati binasına sığınmış köçkünlər indi döşəmələrin üzərində ehtiyatla addımlayırlar. Deyirlər, bina qəzalı vəziyyətdədir. Hər an uçmaq təhlükəsi var.

"SƏHƏRƏ QƏDƏR KÜÇƏLƏRDƏ QALDIQ"

Köçkün Tamilla Axundzadə:

"22 ildir bu binada məskunlaşmışam. Hər il bizi yola verirlər ki, azca da dözün, ev veriləcək. Gecə yatmırıq, səksəkə içərisində oluruq ki, bina indi uçar, bu saat uçar... Gündüzlər də döşəmələrdə ehtiyatla addımlayırıq. Divarlar cadar-cadardır. Yaxınlıqdan ağır tonajlı maşın keçəndə bina silkələnir".

Birmərtəbəli binada 15 məcburi köçkün ailəsi yerləşib. Bu il aprelin 8-dən 9-na keçən gecə binanın sakinləri əməlli-başlı qorxub.

"​Gecəyarısı uçqun baş verdi. Binanın bir tərəfi dağıldı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tökülüşdülər binanın qarşısına, bizi binadan uzaqlaşdırdılar. Səhərə qədər ayağıyalın küçələrdə qaldıq. Uçqundan bir neçə gün əvvəl müraciət etmişdik ki, vəziyyət acınacaqlıdır, gəlib tədbir görsünlər. Elə cavab verirdilər ki, narahat olmayın, möhkəm binadır. Halbuki, Mingəçevir salınanda tikilmiş ilk binalardan biridir. Özləri də etiraf edirlər ki, bina istismar müddətini 21 il əvvəl başa vurub".

KÖÇKÜN ŞƏHƏRCİYİNDƏ TAMAMLANMA İŞLƏRİ GEDİR

Yerli icra hakimiyyəti deyir, köçkünlərin köçürülməsi məsələsi ilə "Qaçqınkom" məşğul olur:

"Komitənin sifarişi ilə 2 il əvvəl Mingəçevirdə 502 köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllə salınıb. Ötən ilin mayından isə şəhərdə başlanmış köçkün şəhərciyinin inşası başa çatmaq üzrədir. İlk növbədə inzibati binalarda məskunlaşmış köçkünlər şəhərcikdə mənzillə təmin olunacaqlar.

XS
SM
MD
LG