Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:18

AZAL 99 avroluq biletlər tətbiq edir


-

İyulun 21-də "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib.

İclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Məruzələr nəticəsində bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsinə qərar verilib.

Xüsusilə, "Azərbaycan Hava Yolları" aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaradacaq:

- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;

- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;

- Bakı-Moskva-Bakı – bu ilin oktyabından başlayaraq hər gün 2 uçuş;

- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş.

AzAL-ın Embraer ERJ 190-100 təyyarəsi (106 sərnişin daşıya bilir)
AzAL-ın Embraer ERJ 190-100 təyyarəsi (106 sərnişin daşıya bilir)

Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək.

Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.

AzAL-ın Embraer ERJ 170-100LR təyyarəsi (76 sərnişin daşıyır)
AzAL-ın Embraer ERJ 170-100LR təyyarəsi (76 sərnişin daşıyır)

Bundan əlavə, “Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tarif siyasəti yeni lou-koster istiqamətlərə şamil olunmayacaq.

Bu ilin avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq.

Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək.

Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.

XS
SM
MD
LG