Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:29

"Qardaşımın saxta kitablarını çap edib satır"


- "Məhkəməyə veririk"

Yazıçı Elçin Səfərlinin qardaşı Çingiz Səfərli "Əli və Nino" kitab dükanları şəbəkəsini ittiham edir. Yazılı ittihamın bəzi hissələrini təqdim edirik:

“Bu gün sizi “Əli və Nino” dükanının biznes modeliylə tanış edəcəyəm. Bizim ölkədə kitabları Rusiyada nəşr olunan və satılan yazıçılar çox deyil. Olanların arasında mənim kiçik qardaşım Elçin Səfərli də var."

"Elçin çox çalışdı. O, həmişə mənə deyir ki, Nigara çətindir. O, təkdir. Onu dəstəkləmək istəyirəm. İstəyirəm, onun biznesi irəli getsin. Dəfələrlə deyib bunu. Mənsə ona etiraz edirdim...”

"Nigar Köçərli qardaşımın saxta kitablarını çap edib satır. 12 manatdan. Hərçənd, orijinalın qiyməti 8 manatdır."

"Nigar üçün icarə haqqını və maaşları vermək çətindir, bu da tapdığı yol."

"Biz ona dəfələrlə (!) şifahi xəbərdarlıq etmişik. Onu şəxsən tanıdığımıza görə, ictimai müzakirə açmadan özünə zəng etmişik, belə etmək olmaz demişik. Hətta artıq dəstəyi qaldırmır."

Çingiz Səfərli yazır ki, bir dəfə Nigar Köçərli onların gözləri qarşısında öz satıcılarının üstünə saxta kitabları satmağa necə cəsarət edirlər deyə qışqırıb. Amma onlar bunu "teatr" hesab ediblər.

İttihamın sonunda Səfərli qardaşlarının Nigar Köçərlini məhkəməyə verəcəkləri deyilir.

“İndi isə biz məhkəməyə veririk. Həm “АСТ” nəşriyyatının xəttilə, həm də müəllif xəttilə. Mətbuat konfransı keçirəcəyik, həqiqəti oxuculara və bu dükanın alıcılarına çatdıracağıq.”

XS
SM
MD
LG