Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

Leyla Yunusun səhhəti ağırlaşıb


Leyla Yunus
Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti kəskin ağırlaşıb.

Bu haqda AzadlıqRadiosuna onunla görüşmüş vəkili Elçin Qəmbərov məlumat verib.

«Vəziyyəti kəskin ağırlaşıb. Mədə-bağırsağında problemlər yaranıb. Mədəsində güclü ağrılar var, aramsız qaytarır və bunun nəticəsində yemək yeyə bilmir. Məhkəmədə normal vəziyyətdə olmasına inanmıram. Ancaq məhkəmədə iştirak edəcək».

Vəkil deyir ki, lazımi tibbi xidmətin olmaması tam müalicə aparılmasına imkan vermir:

«Hazırda o, qaraciyərin çürüməsinə qarşı həb içir, bunun üçün isə qidası gücləndirilməlidir – meyvə və ət yeməlidir. Ancaq həftədə bir dəfə ərzaq verilməsi onun tam qidalanmasına imkan vermir. Arıqlama, mədənin kiçilməsi və spazma prosesi gedir, bu da qusmaya səbəb olur».

Elçin Qəmbərov növbəti məhkəmə prosesində Leyla Yunusun həftədə iki dəfə ərzaq qəbul etməsi məsələsini də qaldıracaq.

Leyla Yunus diabetdən və «Hepatit C»dən əziyyət çəkir.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar. Onların növbəti məhkəmə prosesi avqustun 3-də keçiriləcək.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG