Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46

Kreditli FHN işçisi: "6 aydır əlim maaş kartıma dəymir"


Arxiv fotosu
Arxiv fotosu

-


"Bank Respublika”nın Göyçay, “Kapital Bank”ın Ucar filialları aldığım 440 manat maaşın hamısını özlərinə götürürlər"

10 ildir Dövlət Yanğından Mühafizə Xidmətində çalışan Ucar rayon, Rəstəcə kənd sakini Sərvan Hüseynov kredit götürdüyü iki bankın əlində aciz qalıb. Onun deməsinə görə, ata evində yaşayır və oranın darısqal olması səbəbindən genişləndirmək məqsədi ilə "Bank Respublika”nın Göyçay və “Kapital Bankı”n Ucar filiallarından kredit götürüb. Ancaq ev qura bilməyib, üstəlik indi yalnız banklar üçün işləyir. Maaş kartı əlindən alınıb, maaşı kredit ödənişinə yetmədiyi üçün işdən əlavə fəhləliklə də məşğul olur ki, yaxasını bankların əlindən ala bilsin.

"QORXUDURLAR Kİ, SƏNİ İŞDƏN ÇIXARTDIRACAĞIQ"

"10 ildir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Şöbəsində bölmə komandiri vəzifəsində işləyirəm. İşimdən və dövlətimizin verdiyi maaşdan çox razıyam. Ancaq "Bank Respublika”nın Göyçay filialı ilə “Kapital Bank”ın Ucar filialı mənim aldığım 440 manat əmək haqqının hamısını kredit borcuna götürdüklərinə görə ailəm yoxsulluq şəraitində, acınacaqlı vəziyyətdə yaşayır. Himayəmdə olan 3 azyaşlı uşağımın həyat və sağlamlıqları ciddi təhlükədədir. Ata evində darısqallıq olduğu görə yeni ev tikdirmək üçün bu banklardan kredit pul götürdüm. İlk növbədə mən elə bilirdim ki, götürdüyüm kredit pula görə aylıq maaşımın yarısını bank alacaq. Ancaq belə olmadı. "Bank Respublika”nın Göyçay filialı maaşımın hamısını birbaşa götürdü. Hətta məndən əlavə pul da tələb edirlər. İndi isə məni qorxudurlar ki, tezliklə krediti ödəməsən, Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik, səni işdən qovduracağıq".

FHN işçisi bank işçiləri tərəfindən işsiz qalacağı ilə hədələnməsini özbaşınalıq hesab edir:

"Bankdan kredit götürmüşəm, borcum var, bunun məsuliyyətini bilirəm və hər ay ödəyirəm. Bank rəhbəliyinə müraciət edib xahiş etdim ki, ailə vəziyyətimi nəzərə alıb maaşımın yarsını borcuma çıxsınlar, yarsını da özüm alım ki,ailəm acından ölməsin. Bunlar isə məni işdən qovdurmaqla hədələdilər. Biz banka rifahımızı yaxşılaşdırmaq üçün üz tutmuşduq, müflisləşmək, işsizliklə hədələnmək üçün yox..."

HÜQUQŞÜNAS: MƏHKƏMƏYƏ VERSİN, FAİZLƏR DONDURULSUN

"Bank Respublika"nın Göyçay filialından bildiriblər ki, Sərvan Hüseynovun kredit ödənişlərində 8 aydır ki, gecikmə var.

Hüquqşünas Vaqif Alıyev deyir, müştəri borcu gecikdirrəsə, gecikmənin 90 gününün tamamında bank məhkəməyə müraciət etməli, gecikmələrə görə faizlər dondurulmalıdır.

"Ancaq banklara bu, sərf etmir. Bank maraqlıdır ki, müştərini bacardıqca faizlə yükləsinlər. Müştəri isə qanunlardan xəbərsizdir və borclu tərəf olduğuna görə, özünü bankların qarşısında dili qısa kimi hiss edir. Halbuki, qanunlar ödənişlərində gecikmələr olan müştəri üçün də kifayət qədər çıxış yolu qoyub. Həmin müştəri faizlərin dondurulması üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə onun ailə vəziyyətini, gəlirini-çıxarını hesablayıb müəyyən aylıq məbləğ kəsməlidir ki, həm yığılmış borclarını ödəyə, həm də ailəsini dolandıra bilsin".

XS
SM
MD
LG