Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:19

37 milyonluq saat? Hansı pulla alıb?


Peskovun saatı ilə bağlı suallar sosial şəbəkəlrdə
Peskovun saatı ilə bağlı suallar sosial şəbəkəlrdə

-

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov özünə bəraət qazandırmalı olub:

"Qol saatını mənə həyat yoldaşım bağışlayıb. Mən onun hədiyyəsini toyumuzda taxmaya bilməzdim. Arvadın ərə, ərin arvada hədiyyəsinin heç kimə dəxli yoxdur, bu bizim şəxsi işimizdir".

Peskov deyib ki, bu məsələnin rusiyalı bloqçu, siyasi fəal Aleksey Navalnıya, onun məşğul olduğu antikorrupsiya fəaliyyətinə də heç bir dəxli yoxdur.

Navalnı bloqunda yazıb ki, cəmi 30 ədəd buraxılmış elitar "Richard Mille RM 52-01" saatın qiyməti 37 milyon rubldur (620 min dollar).

Saat çox yüksək temperatura davamlı, amma çox yüngül titandan, bir də qırmızı qızıldan düzəldilib. Şüşə əvəzinə istifadə olunmuş sapfir kristalı isə işığı əks etdirmir.

Bu məsələ sosial şəbəkələrdə də müzakirələrə yol açıb. Sual yaranıb ki, illik maaşı 9 milyon rubl olan Peskov belə bahalı saatı necə alıb?

Peskovun arvadı, tanınmış fiqurlu konkisürən Tatyana Navka da açıqlama verib. "Saatı mən alıb ona bağışlamışam" deyə ərini müdafiə edib.

Cütlüyün toyu 2014-ci ilin avqustunda Soçidə olub. Saat məsələsi də toy şəkillərinin mətbuata sızmasından sonra ortaya çıxıb.

XS
SM
MD
LG