Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:10

"Haradan baxsan, Azərbaycan repressiv görünür"


“Azərbaycan dünyanın ən repressiv ölkələrindən birinə çevrilib”. Bunu AzadlıqRadiosuna müsahibəsində ABŞ –da yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru Nina Ognianova deyib. Ognianova bildirb ki, hazırda 8 jurnalist saxta və qurama ittihamlarla həbsdə yatır:

“Dünyanın harasından baxsan, Azərbaycan repressiv görünür. Hökumətin qurama ittihamlar paketi var- qanunsuz sahibkarlıq, vergidən yayınma, qanunsuz narkotik saxlama və s. Hökumət heç özünə əziyyət verib bu ittihamları sübut etmək üçün dəlil də toplamır, uydurmur, yaradıcı deyil. Biz Yunusların da məhkəməsində bunun şahidi olduq. Xədicə İsmayılova və digərləri tamamilə qanunsuz ittihamla həbsdədir”.

Ognianova bildirib ki, təşkilat bir sıra hökumətlərlə əlaqə saxlamağa çalışır, bəzi uğurlu nəticələri olub, məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, amma Rusiya və Azərbaycan kimi ölkələrdə hökumətlə danışıq cəhdləri uğurlu olmayıb.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) nin 2015-ci il hesabatına görə, Azərbaycanda dünyada ən çox senzura tətbiq olunan 10 ölkə sırasında, 5-ci yerdədir. Azərbaycan bu sırada Eritreya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Efiopiyadan sonra yer alıb.

Azərbaycan hökuməti Qərb təşkilatlarını ölkəyə qarşı qərəzli olmaqda suçlayır, tənqidləri qəbul etmir, fəalların siyasi səbəblərlə yox, konkret cinayət törətdiklərinə görə həbs olunduğunu deyir.

XS
SM
MD
LG