Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:20

Maliyyə bazarları: Neft uzun müddətdə ucuz qalacaq


Bir sıra təhlilçilər deyirlər ki, neft qiymətləri belə uzun müddətdə aşağı olaraq qala bilməz. Lakin füçers qiymətləri bazarı məhz bunu iddia etməyə əsas verir

Reuters agentliyi maliyyə və proqnoz qiymətləri bazarlarından alınan məlumatlar əsasında bildirir ki, neft qiymətləri uzun müddətdə ucuz qalacaq və beləliklə, iflyasiya artımı cilovlanacaq və qlobal iqtisadiyyatda artım qeydə alınacaq.

ABŞ son beş ildə hasilatı günə 5 milyon barrel artırıb
ABŞ son beş ildə hasilatı günə 5 milyon barrel artırıb

Neft şirkətləri bidirirlər ki, onlar neft bazarları dirçələnədək hasilatı sabit saxlamağa və təchizatı qısmağa çalışacaqlar.

Bundan çıxış edən ekspertlərin bəziləri düşünürlər ki, neft qiymətlərinin bu ilin sonlarında və ya 2016-cı ildə dirçəlməsi mümkündür.

“Lakin malyyə bazarları bunun tam əksini deyir” – qeyd olunur Reuters-in təhlilində.

Bazarın təhlilləri göstərir ki, ABŞ xam neftinin gələn ay üçün proqnoz qiyməti 42 dollardan götürülərsə, qiymət bu minavalla 2020-ci ilədək yalnız 20 dollar qalxa bilər.

Neftin “bəxti əyilib”

Təhlilə görə proqnoz qiymətləri hətta bazarın təlatümlü vaxtlarında da sabitdir, lakin qiymətlərin hazırkı enişi əvvəlkilərdən xarakteri ilə kəskin fərqlənir.

Çünki qarşıdan gələn illər üçün füçers və ya proqnoz qiymətlərini qrafik üzərində düzərkən “proqnoz qiymətlərinin əyrisi” alınır. Hazırda isə, necə deyərlər, bu “əyri” aşağıya doğru yönəlib.

Energy Aspects mərkəzindən Amrita Sen-in dediyinə görə, bu isə o deməkdir ki, neft qiymətləri uzun müddətdə ucuz olaraq qalacaq.

Analitiklər bildirirlər ki, neft qiymətlərinin hazırkı tənəzzülü davamlıdır, çünki bu vəziyyəti yaratmış ifrat neft təchizatı bu qaydada davam edəcək.

Brent markalı neft bu ilin yanvarında 115 dollardan 45 dollara enib. Bundan sonra qiymətlər bir qədər dirçəliş göstərsə də, yenidən eniş başlanıb.

Ola bilməz, amma olacaq

Amerikanın neft hasilatı son beş il ərzində gündə 4 milyon barrel artıb. Dünya neft bazarına isə həmişə olduğundan 3 milyion barrel çox xammal axır.

Bir sıra təhlilçilər deyirlər ki, neft qiymətləri belə uzun müddətdə aşağı olaraq qala bilməz. Lakin füçers qiymətləri bazarı məhz bunu iddia etməyə əsas verir

Bu ona səbəb olur ki, neft şirkətləri 2016-2017-ci illərdə və ondan sonra çıxarılacaq neft üçün kontraktlarını satıb başdan etməyə çalışırlar.

Bunun özü də neft qiymətlərinin gələcək qiymətlərini buxovlamış olur.

Məsələn, ABŞ neftinin gələcək qiymətləri bir barrel üçün 30-35 dollar həddində hesablanıb.

Bir sıra təhlilçilər deyirlər ki, neft qiymətləri belə uzun müddətdə aşağı olaraq qala bilməz.

“Lakin füçers qiymətləri bazarı məhz bunu iddia etməyə əsas verir” – yazır Reuters.

XS
SM
MD
LG