Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:58

Türkiyənin ilk hicablı naziri


Ayşe Gürcan kabinetdə ailə və qadın məsələləri naziri olacaq.

-

52 yaşlı Ayşe Gürcan Türkiyənin ilk hicablı qadın naziri olub.

Xanım Gürcan Türkiyənin müvəqqəti hökumət kabinetinə baş nazir Ahmet Davutoğlu tərəfindən dəvət edilib.

O, kabinetdə ailə və qadın məsələləri naziri olacaq.

Üç uşaq anası Gürcan Türkiyə Təhsil və Gənclər Şurasının üzvüdür.

Təhlilçilər bildirirlər ki, prezident Recep Tayyip Erdoğan tərəfindən tez-tez dilə gətirilən “üç uşaq planı”nın arxasında məhz bu qadın dayanır.

Bu plana görə hər bir türk ailəsində azı üç uşaq olmalıdır.

Müvəqqəti hökumət Türkiyəyə noyabrın 1-ə təyin edilmiş seçkilərədək rəhbərlik edəcək.

Bu hökumətə kürdyönlü HDP-nin, AKP-nin üzvləri, habelə müstəqil siyasətçilər daxildirlər.

XS
SM
MD
LG