Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:15

Çökməsi gözlənilən 11 valyuta


Bloomberg dünya valyutaları arasında çökmək təhlükəsi olan 11 milli pulun siyahısını dərc edib

Bloomberg dünya valyutaları arasında çökmək təhlükəsi olan 11 milli pulun siyahısını dərc edib

Qazaxıstan “tenge”si dünya valyutaları arasında çökmək təhlükəsi ilə üzləşə biləcək yeganə milli valyuta deyil, - yazır Bloomberg.

Dünyada neftin ən böyük ixracatçısı olan Səudiyyə Ərəbistanının milli valyutası “rial”ın da devalvasiyası tamamilə real görünür.

Rusiya rubluna bağlı Tacikistan somonisi də təhlükədədir
Rusiya rubluna bağlı Tacikistan somonisi də təhlükədədir

Lakin Bloomberg bunu da əlavə edir ki, Səudiyyə Ərəbistanının maliyyə ehtiyatı fondlarındakı 672 milyard dollar, rialın məzənnəsini batmaqdan bir müddət saxlaya bilər.

Türkmənistan “manatı”. Türkmənistanın da iqtisadiyyatı neft ixracı üzərində qurulub.

Üstəlik bu ölkə rublun son yarım ildə 20 faiz qiymətdən düşdüyü Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir.

Ekspertlərin proqnozlarına görə türkmən manatını da elə 20 faizlik devalvasiya gözləyir.

Keçmiş sovetlərdən Tacikistanın da milli pulu – somoni təhlükədədir. Buna başlıca səbəb Tacikistan iqtisadiyyatının Qazaxıstanla son dərəcə bağlı olmasıdır. Qazaxıstanla mübadilə bütün mal dövriyyəsinin 11 faizini təşkil edir. Ekspertlərin proqnozlarına görə “somoni”nin kursu 10-20 faiz tənəzzülə məruz qala bilər.

Qırğız “som”unu gözləyən təhlükə də Qazaxıstan iqtisadiyyatı ilə əlaqədardır.

Ermənistan dramı son bir ildə 15 faiz ucuzlaşıb
Ermənistan dramı son bir ildə 15 faiz ucuzlaşıb

Ermənistan dramı son bir il ərzində onsuz da 15 faiz qiymətdən düşüb. Bu ölkənin maliyyə sistemi üçün də təhlükə Rusiyadan gəlir. Ermənistanın ticarət dövriyyəsinin 25 faizi Rusiya ilə bağlıdır. Orada isə rubl 46 faiz qiymətdən düşüb.

Misir “funt”unun ehtimal olunan devalvasiyası ölkənin öz daxili problemlərindən qaynaqlanır. Burada 2011-ci ildə baş vermiş “Ərəb baharı” zamanı ölkəyə xarici valyutanın daxil olması məhdudlaşmışdı, bu isə valyuta kursunun əsassız yüksəlişinə rəvac vermişdi. Treyderlərin fikrincə Misir funtu 22 faiz ucuzlaşa bilər.

​Çin valyutası devalvasiyaya uğrayandan bəri ən çox başı ağrıyan pul Türkiyə “lirə”sidir. Ölkədəki siyasi gərginlik və qarşıdan gələn erkən seçkilər milli valyutanın problemlərini dərinləşdirə bilər.

Nigeriya da böyük neft ixracatçısıdır və bunun hesabına uzun müddətdir ki, milli valyuta – “nayra”nın kursunu sabit saxlaya bilib. Proqnozlara görə hazırkı neft qiymətləri ilə bağlı nayra dollara nisbətdə 20 faiz ucuzlaşa bilər.

Türkiyə lirəsinin məzənnəsi qarşıdan gələn seçkidən asılı olacaq
Türkiyə lirəsinin məzənnəsi qarşıdan gələn seçkidən asılı olacaq

Afrikanın başqa bir neftlə zəngini – Qananın valyutası “sedi”ni də eyni təhlükə izləyir.

Bu ölkədə büdcə problemləri yaranıb, indflyasiya və xarici borc artır.

Zambiya Çinin başlıca mis təchizatçısıdır (70 faiz). Lakin indi misin dünya bazarlarındakı qiyməti düşüb və milli valyuta “kvaça” devalvasiyaya yuvarlana bilər.

Malayziyanın valyutası rinqgit son 17 ildə özünün ən aşağı məzənnəsinə enib, üstəlik ölkənin qızıl-pul ehtiyatları 100 milyard dollardan aşağı enib.

2015-ci ilin yanvarından bəri dəyərini itirən postsovet valyutaları arasında Azərbaycan “manat”ı Ukrayna “qrivna”sı, Belarus “rubl”u, Qazaxıstan “tenge”sindən sonra 4-cü yerdə gəlir. Azərbaycan manatı ABŞ dollarına nisbətdə 26 faiz ucuzlaşıb.

XS
SM
MD
LG