Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:16

Hikmət Hacızadə: «Nəsə «moment» gəlib deyəsən...»


Hikmət Hacızadə
Hikmət Hacızadə

►"Azərbaycan hakimiyyəti təkbaşına uzun müddət Qərbin qarşısında davam gətirə bilməz".

Avropa Parlamentinin qətnaməsindəki tələblərə hakimiyyətin reaksiyası bəllidir. Həmişəki kimi ona bir yandan saymazyana reaksiya verməyə çalışır, prezidentin köməkçisi Əli Həsənov qətnaməni «kağız parçası» adlandırır, digər yandan Milli Məclis münasibət bildirmək üçün sentyabrın 14-də növbədənkənar toplaşmağa qərar verir.

Bəs kənardan bu qətnamə necə dəyərləndirilir? Politoloq Hikmət Hacızadəylə bu haqda danışırıq.

- Mən müsbət dəyərləndirirəm. Orda yazılanlar hamısı faktdır, gözümüzlə gördüklərimizdir. Zərdüşt Əlizadənin sözü olmasın, mən bunun belə olacağını bilirdim. Bəziləri demokratiyanı oyuncaq kimi, kukla kimi qəbul edir. Elə bilirlər ki, Avropa heç nə bilmir, heç nə bacarmır, heç nə etməyəcək. Amma demokratiya addım-addım irəliləyir. Demokratiya nahaq yerə münaqişə istəmir. Həmişə çalışır problemləri sülhlə həll etsin. Ancaq bıçaq sümüyə dirənəndən sonra tərpənməyə başlayır. Görünür o, tərpənməyə başlayıb. Və Avropanın demokratik mexanizmi qərar qəbul edəndən sonra geriyə yol qalmayacaq. Nəsə bu diktaturalar Avropanı ciddi qəbul etmirlər, davranışını zəiflik kimi qəbul edirlər. Belə deyil. Yeri gəlmişkən, orda təkcə, Azərbaycanla yox, Rusiya ilə bağlı da bəyanat var. Nəsə «moment» gəlib deyəsən.

Buna da bax: Botanika Bağının ərazisi belə yanır- [video]

"ƏVVƏLCƏ YUMŞAQ BAŞLAYIRLAR"

- Necə bilirsiniz, sanksiyaların tətbiqi nə qədər realdır? İlk dəfədir Avropa Parlamenti Əliyevlər haqqındakı korrupsiya ittihamlarının araşdırılmasını gündəmə gətirir. Eləcə də siyasi fəalların təqibində adı hallanan siyasətçilərə, rəsmilərə və hakimlərə viza qadağasına baxılması da istənir.

- Bəli, sanksiyalar gündəmə gətirilə bilər. Daha ağır addımlar da var. Bu, artıq hazır metoddur. Əvvəlcə yumşaq başlayırlar, vicdana cağırırlar, sonra söyürlər, daha sonra belə bir bəyanat verilir və sonda sanksiyalar qoyulur. Nəzərdə tutulub, bəli. Ola bilər. Heç nə dəyişməsə, burda sanksiyalar gündəmə gələcək.

- Sizcə, hakimiyyət qətnamədə qoyulan o tələbləri yerinə yetirməyə hazırdırmı? Yumşalacaqmı?

- Baxır təzyiqə. Əlbəttə hakimiyyət dəyişikliyə, yumşalmağa meylli deyil. Çox şey Ukraynadan, orada baş verəcəklərdən asılı olacaq. Azərbaycan hakimiyyəti təkbaşına uzun müddət Qərbin qarşısında davam gətirə bilməz. O, bu gün Rusiyaya arxalanır. Rusiya da bu gün Ukraynada bataqlığa düşüb. Rusiyanı yerində oturtsalar, onda Azərbaycan Avroparlamentlə meydanda təkbətək qalacaq, üz-üzə. Və onda tamam başqa söhbət başlayacaq.

Buna da bax: Emin: "Leyla ilə ayrıldıqdan sonra..."

"BİZ ARTIQ ÜZÜ O TƏRƏFƏ GEDİRİK"

- Bu qətnamədən sonra Azərbaycanın Qərb üçün prioritet olduğunu demək olarmı? Yoxsa Ukrayna münaqişəsi həll olunmadan bunu düşünmək tezdir?

- Yox, Azərbaycan prioritet deyil. Əlbəttə təəssüfləndiricidir, amma belə deyil. İnsan haqlarını qəddar şəkildə pozmasıyla, özbaşınalığı, korrupsiyası ilə Azərbaycan diqqət çəkir hələ ki... Bu haqda çox danışılıb yəqin. Üç cür maraq var: hərbi, iqtisadi və demokratik. Demokratiyanı da Qərb hökumətlərindən onun ictimaiyyəti, seçiciləri, jurnalistləri tələb edir. Artıq görünür, Azərbaycanda demokratiya da gündəmə gəlib.

- Sizin dediyiniz kimi, Qərb artıq ilk siqnalları verir, bəs cəmiyyətin özündə olaylara reaksiya verməyə təpər varmı?

- Hələ ki mən bunu görmürəm. Ancaq biz oyanmasaq da, Qərbo bəyanatları verəcək və sanksiyaları yerinə yetirəcək. Elə ölkələr var elə bil dalana dirəniblər, quyuya düşüblər. Məsələn, Şimali Koreya, Özbəkistan, Türkmənistan... Biz də artıq üzü o tərəfə gedirik. Onlar artıq düşünməyə, gələcəyə baxmağa, tərpənməyə qadir deyillər. Sındırılıb o cəmiyyətlər. Mənə elə gəlir ki, bizim vəziyyətimiz də ona çox oxşayır. Çox heyf, ancaq belədir. Amma Qərb danışacaq!

Buna da bax: Piştaxtada 5, kassada 7 manata olan ərzaq...

"BUNDA HEYDƏR ƏLİYEVDƏ OLAN MƏHARƏT YOXDUR"

- Bu bəyanat həm də parlament seçkilərinə təxminən ay yarım qalmış verilir. Bütün bunlardan sonra seçkilərlə bağlı proqnozunuz nədir? Bir canlanma olacaqmı? İndiki halda çox sönük, zəif keçir seçki kampaniyası.

- Səbəb odur ki, ölkə yavaş-yavaş Şimali Koreyaya, Özbəkistana çevrilir. Ölkəni qeyri-müəyyən şəkildə idarə etməyi ancaq Heydər Əliyev bacarırdı. Həm diktatura idi, həm də hərdənbir AzadlıqRadiosu danışırdı, orda-burda beş müstəqil deputat vardı, jurnalistlər hərəkət edirdi. Bunu Heydər Əliyev bacarırdı. Bu isə gəlib və... Bunda o məharət yoxdur. Bu gərək hamını ya azadlığa buraxsın, ya da hamını susdursun. Bu da susdurmaq yolunu seçib. Təbii ki, bunun da məntiqi davamı sönük seçki, türmələrdə jurnalistlər və sairədir.

- Bəs, hakim partiya niyə seçki siyahısını açıqlamağa tələsmir, sizcə? Ciddi səbəb var ya?..

- Bu, xırda şeydir. Kompüter sınıb, ya içəridə kiminləsə razılığa gələ bilmirlər. Buna əhəmiyyət verməyə dəyməz.

XS
SM
MD
LG