Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:03

"Vətəndaş cəmiyyəti tezliklə son nəfəsini də verəcək”


Leyla Yunus
Leyla Yunus

►“Vəziyyəti olduqca ağır olan vətəndaş cəmiyyəti Azərbaycanın Avropa ilə gərginləşən münasibətləri fonunda yəqin ki, yaxın vaxtlarda son nəfəsini də vermiş olacaq”.

Hüquqşünas Ələsgər Məmmədli bu fikirdədir.

Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsinin rəsmi Bakı tərəfindən sərt qarşılanması, hətta Milli Məclisin növbədənkənar iclas çağırıb Avropa Parlamentini lobbiçilikdə, qərəzdə, öz həddini aşmaqda suçlaması, ölkənin Avronestdə fəaliyyətini dayandırması – bütün bunlar, müstəqil müşahidəçilərə görə, ölkəyə müsbət heç nə vəd etmir.

Son bir ildə barəsində cinayət işlərinin açılması, rəhbərlərinin həbs olunması, qanunvericiliyin fəaliyyətlərini məhdudlaşdırması ilə olduqca çətin duruma düşən qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətinin isə gələcəyi sual doğurur.

Gözlə

No media source currently available

0:00 0:00:24 0:00
Direct-ə keçid

Buna da bax: Siyavuş Novruzovdan Avropaya "konslager" ittihamı

“VƏTƏNDAŞ CƏMİYYƏTİ OLMASA...”

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədliyə görə, bu narahatçılıqdan öz payını alan həm də hökumətyönlü qeyri-hökumət təşkilatları olacaq.

Çünki gərgin münasibətlər üzündən Avropadan dəstək ala, ortaq layihələrə imza ata bilməyən bu qurumlar həm də ölkə büdcəsində daralmalar üzündən ağır vəziyyətə düşəcəklər.

Vətəndaş cəmiyyətinin çökməsindən isə hakimiyyət də zərər görəcək:

“Vətəndaş cəmiyyəti yoxdursa, hakimiyyətin özündəki problemlər bu və ya digər formada ortaya çıxmayacaq və daha sonra partlayış formasında özünü göstərəcək. Bu isə daha böyük təhlükə yaradacaq. Vətəndaş cəmiyyəti əslində idarəedənlə vətəndaşlar arasında bir körpü rolunu oynayır və zaman-zaman yaranan təzyiqləri azaltmaq və ya tamamilə yox etmək üçün bir vasitə olur”.

Ələsgər Məmmədliyə görə, rəsmi Bakının müstəqil ölkə kimi mövcud olmasında bugünədək ona hər cür, o cümlədən institusional dəstəyi göstərmiş Avropa ölkələrini düşmən elan etməsi, amma ona, onun müstəqilliyinə çox ciddi təhdid yaradan Rusiyaya meylli göstərməsi təəssüf doğurur.

Ekspert hesab edir ki, bu cür yanlış strateji seçimin nəticəsi çox keçməyəcək ki, öz mənfi təsirlərini göstərəcək.

Buna da bax: Çempionlar Liqasında qrup oyunları başlayır

“QƏRBİN HEYFİNİ VƏTƏNDAŞ CƏMİYYƏTİNDƏN ÇIXIR”

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Hüquq müdafiəçisi, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev isə iddia edir ki, artıq bir ildən çoxdur hakimiyyət Qərb ölkələri və Qərb təşkilatlarına çatmayan gücünün heyfini yerli QHT-lərdən, vətəndaş cəmiyyətindən çıxarır.

Məlum qətnamədən sonra bunun daha sərt forma alacağını deyən Oqtay Gülalıyev bu siyasətin perspektivli olmayacağını düşünür:

Gözlə

No media source currently available

0:00 0:00:55 0:00
Direct-ə keçid

“Çünki artıq Qərb ölkələri, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanda nəyin baş verdiyini çox gözəl bilirlər. Elə Avropa Parlamentinin son qərarı da bu dediyimə misaldır. Münasibətlərin gərginləşməsinə baxmayaraq, hesab edirəm ki, bir aydınlaşma prosesi də gedəcək. Avropanın, Qərb ölkələrinin Azərbaycan vətəndaş cəmiyyətinə dəstəyinin, məncə, bir artımını da görmək olacaq, bu, artıq siyasi məhbuslara münasibətdə özünü göstərməyə başlayıb. Düzdür, dəstəyin hansı formada olacağını indidən demək çətindir, amma ümid edirəm ki, demokratiya, söz azadlığı, insan haqları mövzusunda Qərbin Azərbaycan vətəndaş cəmiyyətinə dəstəyi artacaq”.

Buna da bax: E. Nalbandian: "Elə bilirlər hər şeyi pulla almaq olar...”

QƏRB KAPİTALI NƏ VAXT KƏSİR

Zahid Oruc
Zahid Oruc

Qanunvericilik aktlarından tutmuş brend kostyumlaradək bir çox sahədə Azərbaycanın məhz Qərbdən bəhrələndiyini deyən millət vəkili Zahid Oruc isə söyləyir ki, problem yalnız siyasi müstəvidə, xüsusən də geosiyasətdə özünü göstərir.

Bununla belə baş verənləri Qərbdən qopmaq, ölkənin xarici siyasət kursunda dəyişiklik kimi dəyərləndirməyin əleyhinə olan millət vəkili hesab edir ki, hazırki gərginliyin ardınca bir “soyuq başla hesablamalar” dövrü gələcək və münasibətlər əvvəlki normal axarına qayıdacaq.

Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

O ki qaldı vətəndaş cəmiyyətinə, Zahid Oruc iddia edir ki, Qərb təşkilatlarının vətəndaş cəmiyyətinə dəstəyi iki ölkə arasındakı münasibətlərdən yox, vətəndaş cəmiyyəti, QHT-nin hakimiyyətə münasibətindən qaynaqlanır:

“Qərbin himayəsi altında olan vətəndaş cəmiyyətləri əksər hallarda hakimiyyət əleyhinə olduqlarına görə maliyyələşirlər. Onlar hakimiyyətin müttəfiqi olan kimi Qərb kapıtalı kəsir. Leyla Yunus dönüb birdən desə ki, “bu hakimiyyət çox yaxşı siyasət yürüdür, xalqın mənafeyinə xidmət edir”, həmin gün Qərbdən ona yönələn kömək əlləri kəsiləcək. Buna sizi əmin edirəm. Çünki keçmişdə də belə olub. Görün nə qədər müttəfiqlərini sonradan atıblar”.

Buna da bax: «Gənc Heydər Əliyevdən qorxurlar»

Millət vəkili siyasi müstəvidə gərginləşən münasibətlərin siyasətdən tamamilə uzaq olan QHT-lərə mənfi təsirinin də qaçılmaz olduğunu deyir. Amma onu da əlavə edir ki, Qərb Azərbaycanla ortaq dil tapsa, Qərb təşkilatlarının da həmin QHT-lərə dəstəyi yalnız qanunvericiliyin qəbul etdiyi formada bundan sonra da mümkün olacaq.

Hakimiyyətin sərt reaksiyasına səbəb olan Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədə Azərbaycandakı siyasi məhbusların buraxılması tələb olunur.

Siyasi fəalların təqibçisi kimi tanınan hakimlərə, rəsmilərə viza verilməsinin qadağan olunması və Əliyevlərin adı hallandığı korrupsiya məsələlərinin araşdırılması da gündəmə gətirilir.

XS
SM
MD
LG