Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Putinin adından zəng edib Elton John-u doladılar


Vladimir Putin və Elton John
Vladimir Putin və Elton John

►Rusiyalı “telefon xuliqanı” Vladimir Krasnov prezident Vladimir Putinin adından danışaraq britaniyalı müğənni Elton Johna kələk gəldiyini etiraf edib.

O “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bildirib ki, onunla danışıqda həmkarı Aleksei Stolyarov da iştirak edib, o müğənni ilə Putinin köməkçisi Dimitry Peskovun adından danışıb.

Özü də homoseksual olan Britaniyalı müğənni Elton John çərşənbə axşamı “İnstaqram”da zəngə görə Putinə təşəkkürünü bildirib və cinsi cinsi azlıqların problemlərini müzakirə etmək üçün səbirsizliklə onunla görüşmək istədiyini yazıb.

Az sonra Peskov bu informasiyanı təkzib edib.

Buna da bax: Rusiyadakı azərbaycanlı fermer və "alkaş" fəhlələri (Video)

Vətənə xidmət...

2014-cü il Soçi Olimpiya Oyunları zamanı Kreml Qərb tərəfindən cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı sərt tənqidlərlə üzləşmişdi.

Ötən həftə Kreml Sankt-Peterburqda antigey kimi tanınan deputat Vitaly Milonovu “Vətənə xidmət” medalı ilə təltif edib.

Sentybarln 15-də Milonov "İzvestiya" qəzetinə şərhində Elton John-u LGBT hüquqları ilə bağlı debata çağırıb, eyni zamanda cinsi azlıqları ənənəvi prinsipləri, dəyərləri, əxlaqı pozmaqda ittiham edib.

“Cook geydir deyə iPad da gey təbliğatı aparır?”

John mütəmadi Rusiyada konsertlər verir. Sankt-Peterburqdakı konsertində o, Rusiyada cinsi azlıqların huquqları və orada "Apple" şirkətinin iPhone-una qoyulmuş heykəlin sökülməsindən danışmışdı.

Tim Cook
Tim Cook

Apple-in hazırkı icraçı direktoru, gey olduğunu gizlətməyən Tim Cook Rusiya mediasına bildirmişdi ki, heykəl “gey təbliğatı” sayıldığı üçün götürülüb.

“Çünki Cook geydir, demək ki, iPad da gey təbliğatı aparır?” - John öz Facebook səhifəsində yazmışdı.

“Bir gey kimi həmişə Rusiyada xoş qarşılanmışam. Əgər öz kimliyim barədə səmimi olmasam, musiqimi də yaza bilməzdim. Bu, gey təbliğatı deyil. Bu, mənim həyatı necə ifadə etməyimdir. Əgər biz başlasaq adamları buna çəkməyə, dünya öz insanlığını itirər”.

“Deyirlər, Çaykovski geydir, amma biz onu sevirik”

Putin gey “təbliğatı” ilə bağlı qanunun ayrı-seçkilik yaratmasıyla bağlı deyilən tənqidləri rədd edir. O, 2013-cü ildə Şanel1 televiziyasına verdiyi müsahibəsində demişdi ki, Çaykovskinin də gey olduğu deyilir:

“Bu həqiqətdirsə, biz onu buna görə sevmirik ki. Biz onu musiqisinə görə sevirik”.

Putin deyib ki, cinsi azlıqlarla bağlı onun ölkəsində “dəhşətli və ya qorxulu şeylər” baş vermir.

Ondan soruşanda ki, o, gey fəallarla görüşübmü, ya görüşərdimi? Putin deyib:

“Sizi inandırıram ki, mən belələri ilə işləyirəm, hətta onlara dövlət mükafatları da verirəm”.

Xuliqanın əməlləri

Krasnov bundan əvvəl də tanınmış şəxsləri dolayıb.

Onun ilk qurbanı Ukraynanın sabiq prezidenti Leonid Kravçuk olub. Telefon xuliqanı onunla Belarusun prezidenti Lukaşenkanın oğlunun adından danışıb. Lukaşenkaya isə Ukraynanın keçmiş prezidenti Viktor Yanukovişin oğlunun adından zəng edib, "atasının" Belarusa - tarixi vətəninə gəlməsini razılaşdırıb.

Kiyevin meri Vitali Kliçkoya da zəng edib.

XS
SM
MD
LG