Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

FİFA prezidenti Blatterə cinayət işi açıldı


Seep Blatter
Seep Blatter

►İsveçrə hakimiyyəti FİFA rəhbəri Seep Blatterə qarşı cinayət işi açıb.

O səlahiyyətlərindən sui istifadə və mənimsəmədə ittiham olunur.

O sentyabrın 25-də İsveçrənin baş prokurorluğunda ifadə verib.

Bundan əvvəl prokurorluğun sorğusu ilə Sürixdə FİFA icrayyə komitəsinin toplantısı olub.

Həmçinin təşkilatın Sürixdəki baş qərargahı və Blatterin ofisində axtarış aparılıb, müəyyən sənədlər götürülüb.

FİFA buna görə son anda Blatterin cümə gününə nəzərdə tutulmuş mətbuat konfransını təxirə salmalı olub.

Qeyd edək ki, Seep Blatter bu ilin mayında yenidən FİFA prezidenti seçilsə də təşkilat ətrafındakı korrupsiya qalmaqalına görə istefa verməli oldu.

Amma yeni prezident seçilənədək bu vəzifəni icra etməkdə davam edir.

Onun istefasından əvvəl təşkilatın Sürixdəki ofisində axtarış aparılıb və qurumun 10-a yaxın rəsmisinə qarşı ittiham irıli sürülüb.

Bu günlərdə isə təşkilatın baş katibi Jerome Valcke müvəqqəti işdən kənarlaşdırılıb və ona qarşı istintaq başlayıb.

Bu arada FİFA-da korrupsiya işi ilə bağlı UEFA-nın (Avropa Futbol Federasiyaları Assosiasiyasının) prezidenti Mişel Platini də İsveçrədə ifadə verib.

O, İsveçrə hüquq-mühafizə orqanlarının apardığı istintaqda Blatterə qarşı şahid kimi keçir.

XS
SM
MD
LG