Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:38

«Sevimli şou» və «Ay Zaur» nəzarətdədir


ANS arxiv fotosu
ANS arxiv fotosu

-

«Aparılan araşdırmalar göstərir ki, Azərbaycan cəmiyyətinin intellektual kəsiminin böyük bir hissəsi çox təəssüf ki, xəbərlər informasiya proqramından başqa, yerli kanallardakı əyləncəli verilişlərə baxmır. Onlar əsasən, Rusiya və Türkiyə telekanallarında yayımlanan əyləncəli verilişləri izləyirlər».

Bunu apa-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, buna əsas səbəb Azərbaycan telekanallarında yayımlanan əyləncəli verilişlərin səviyyəsinin aşağı olmasıdır.

Şöbə müdirinin dediyinə görə, ANS televiziyasında yayımlanan «Məchulu tapın», «Xəzər» telekanalında yayımlanan «Ay Zaur», «5/5», «Hər şey daxil» və «Space» televiziyasında yayımlanan «Sevimli şou» nəzarət altındadır.

«Şura verilişlərin məzmununa müdaxilə etmir. Amma ictimaiyyətdən gələn siqnallar əsasında telekanallara müəyyən tövsiyələr verir. Artıq iradlarımız telekanallara çatdırılıb. Kanallardan müəyyən şəxslər dəvət olunub və müzakirələr aparılıb. Biz ilk növbədə gözləyirik ki, telekanallar özləri tədbir görsün. Belə olmayacağı təqdirdə isə əlbəttə Şura qərar verəcək» - T.Dadaşov qeyd edib.

Bir neçə gün qabaq Şura ANS TV-də gedən «Sən tək dəyilsən» və «Xoşqədəmlə axtarıram səni» verilişlərinin bir aylıq dayandırılması ilə bağlı qərar verib.

XS
SM
MD
LG