Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:42

MDB-nin hərbi rəsmisi Qarabağdan ikibaşlı danışdı


Nikolay Borduja
Nikolay Borduja

►Bordyuja həm deyir, Rusiyanın hərbi müttəfiqinin atəşə tutulması yolverilməzdi.

Həm də deyir, Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur və başqa qurumlar bu prosesə müdaxilə etməməlidir.

MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Niokolay Bordyuja erməni jurnalistlərin Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə dair suallarına cavab olaraq bildirib ki, bu təşkilata üzv olan ölkənin ərazisinin atəşə tutulması yolverilməzdir.

Bununla belə, KTMT-nin Ermənistan Müdafiə Nazirliyinin “Baqramyan” poliqonunda keçirilən “Yenilməz qardaşlıq-2015” hərbi təlimlərinin bağlanış mərasimində çıxış edən baş katib deyib ki, Ermənistan Silahlı Qüvvələrinin potensialı ölkə ərazisinin müdafiəsi üçün yetərlidir”.

“Mənə məlum olduğuna görə hazırda elə bu, uğurla həyata keçirilir” – deyib Nikolay Bordyuja.

Buna da bax: Ermənistan parlament üsul-idarəsinə keçir

Azərbaycan və Ermənistan arasında münaqişənin çözümündə KTMT-nin mövqeyi barədə suala cavab verərkən cənab Bordyuja deyib ki, bu işlə ATƏT-in Minsk qrupu məşğuldur və başqa qurumlar bu prosesə müdaxilə etməməlidirlər.

“Bizim mövqeyimiz belədir ki, Dağlıq Qarabağ probleminin həlli çərçivəsində Minsk qrupu da daxil olmaqla beynəlxalq mexanizmlər yaradılıb və mövcuddur. Bu qurum uzanmış münaqişədən çıxmağın yolları üzərində təfərrüatlı şəkildə işləyir, - deyib Bordyuja, - Qəti əminəm ki, dolaşıqlıqların yaranmaması üçün başqa təsisatlar bu gün bu işlə məşğul olmamalıdırlar”.

Hərbi yanaşmadan başqa siyasi yanaşma da var

Erməni jurnalistlərin KTMT-nin münaqişəyə hansı vəziyyətdə müdaxilə edə biləcəyi barədə əlavə suallarına cavab olaraq Nikolay Bordyuja deyib ki, onun təşkilatı, üzv ölkə yaranmış təhlükə ilə təkbaşınna bacarmadıqda müdaxilə edə bilər.

Buna da bax: ANS-i külli miqdarda cərimələdilər

Bu zaman hərbi yanaşmadan başqa, həm də siyasi yanaşma mövcuddur.

KTMT baş katibi bildirib ki, hətta hər hansı üzv ölkənin konkret müraciəti olduqda belə təşkilatın qərarı kollektiv şəkildə qəbul edilir.

Nikolay Bordyuja Suriya münaqişəsini xatırladaraq deyib ki, hazırda daha bir qaynar münaqişə heç kəsə lazım deyil.

KTMT katibi əlavə edib ki, beynəlxalq birlik Qarabağ münaqişəsinin çözümü üçün səylərini artırmalıdır.

Bundan əvvəl, “Yenilməz qardaşlıq-2015” təlimlərinin açılışı günü Ermənistan Silahlı Qüvvələri baş qərargahının rəisi Yuri Xaçaturov Ermənistana səfər edən Belarus ordusunun baş qərargahının rəisi Oleq Belokonevə də Azərbaycan-Ermənistan təmas xəttindəki gərginlikdən gileylənmişdi.

General Belokonev bildirmişdi ki, Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi öhdəliklərini yerinə yetirməyə hər an hazırdır, bununla belə, neytral və sülhsevər müdafiə doktrinasına malikdir.

O demişdi ki, Belarus ərazi iddiası olan münaqişələr məsələsində neytral mövqedədir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 20 ildən çoxdur mövcuddur. Sazişi Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan imzalayıblar.

XS
SM
MD
LG