Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:58

Türkiyə Suriya sərhəddində naməlum təyyarə vurub


 F-16
F-16

Türkiyə hərbçiləri Suriya sərhədi yaxınlığında naməlum pilotsuz aparatın vurulduğunu xəbər verirlər.

Hərbçilərin sözlərinə görə, naməlum uçan obyekt Türkiyənin hava məkanında vurulub.

Oktyabrın 16-da yayılan rəsmi bəyanatda deyilir ki, təyyarəyə 3 dəfə xəbərdarlıq edilib, amma heç bir cavab gəlməyib və Türkiyə Silahlı Qüvvələrinin qaydalarına əsasən vurulub.

RİA Novosti Rusiya hərbçilərinə istinadla Suriyadakı bütün Rusiya təyyarələrinin plan üzrə əməliyyat başında olduğunu xəbər verir.

SNN Türkün məlumatına görə, pilotsuz aparat Türkiyənin Kilis şəhərinin yaxınlığnda vurulub.

Bu şəhər Suriya sərhədinin təxminən 3, Suriyanın Hələb şəhərinin isə 90 kilometrliyində yerləşir.

NATO üzvü olan Türkiyə son günlər hava məkanının bir neçə dəfə Rusiya təyyarələri tərəfindən pozulduğunu bildirimişvə növbəti dəfə tədbir görüləcəyini xəbərdarlıq eləmişdi.

XS
SM
MD
LG