Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:41

Rasim Əliyevin valideynləri prezidentə üz tutdu


Teyfurə Əliyeva
Teyfurə Əliyeva

-

Bu ilin avqustunda bir neçə nəfərin döydüyü və sonra xəstəxanada vəfat edən jurnalist Rasim Əliyevin valideynləri - Məmmədəli və Teyfurə Əliyevlər Azərbaycan prezidentinə müraciət ediblər. Onlar istintaqın gedişindən narazıdırlar.

2 AYDAN ÇOX KEÇSƏ DƏ...

Jurnalistin valideynləri prezidentdən Bakı Şəhər Prokurorluğuna istintaqın sürətləndirilməsi ilə bağlı tapşırıq verməsini istəyiblər.

Müraciətdə deyilir ki, Bakı Şəhər Prokurorluğu jurnalistin döyülməsində şübhəli bilinən bir qrup şəxsi saxlayıb, onların barəsində həbs-qətimkan tədbiri seçilib.

«Amma həmin gündən 2 aydan çox vaxt keçsə də, oğlumuzun vəfatının səbəblərini araşdırmaq üçün təyin olunmuş məhkəmə-tibb ekspertizasının, Rasimin ölümündə həkim səhlənkarlığının olub-olmaması barədə mütəxəssis rəyi verməli olan Səhiyyə Nazirliyinin nəzdindəki xüsusi komissiyanın rəyləri nə istintaqa, nə də bizə verilib.

Rasim Əliyev - istintaq

İstintaq tamamlanıb

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə əlaqədar saxlanılan şəxslər barəsindəki cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Təqsirləndirilən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyevin apa-ya verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.

Fikrimizcə, rəylərin bu günə qədər hazır olmaması istintaqın gedişinə ciddi maneələr törədir. Düşünürük ki, oğlumuzun ölümündə həkimlərin səhlənkarlığı da ciddi rol oynayıb və komissiyanın rəyinin istintaqa təqdim edilməməsi şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, tibbi ekspertizanın rəyi bir ay ərzində istintaqa təqdim edilməli idi», - müraciətdə bildirilir.

TƏQSİRİ OLANLARI YAYINDIRMAQ?

Valideynlər istintaqın gedişi barədə onlara və ailənin vəkili Əshabəli Mustafayevə məlumat verilməməsindən də narahatlıqlarını ifadə ediblər. Ailə ehtimal edir ki, istintaqın uzadılmasında məqsəd oğullarının ölümündə təqsiri olanları məsuliyyətdən yayındırmaqdır.

Baş prokuror Zakir Qaralov bir qədər əvvəl mətbuata bildirmişdi ki, Rasim Əliyevin ölümüylə bağlı istintaq yaxınlarda yekunlaşdırılaraq məhkəməyə göndəriləcək.

Rasim Əliyev «Qəbələ» futbol klubunun oyunçusu Cavid Hüseynovun əcnəbi jurnalistlə davranışı haqqında fikirlərini sosial şəbəkədə bölüşüb. Bundan sonra o, futbolçu və onun qohumları tərəfindən təhdid edilib. Avqustun 8-də isə futbolçunun yaxınları tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən jurnalist az sonra ölüb.

Bu cinayətlə bağlı 5 nəfər həbs edilib. İşi prezident nəzarətə götürüb.

XS
SM
MD
LG