Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:23

İpoteka Fondunun ASC olması nəyi dəyişəcək?


Yeni bina.
Yeni bina.

-

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Səhmləri dövlətə məxsus olan «İpoteka Fondu» ASC Mərkəzi Bankın nəzdindəki Azərbaycan İpoteka Fondunun hüquqi varisidir. Əvvəlki fondun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yenisinə keçir.

STATUSUN DƏYİŞMƏSİ NƏYİ DƏYİŞƏCƏK?

Əmlak məsələləri eksperti Rəşad Əliyev deyir ki, əvvəlki qurumdan fərqli olaraq fond hansısa təşkilatın struktur vahidi kimi yox, məhz müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

Fərmana görə, cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin bir kvadratmetrinə hesablanan qiymət ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətini aşmamalıdır. Kredit Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş, çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş təmirli yaşayış evlərinin alınmasına yönəldilir.

İPOTEKA BAHALI MƏNZİLLƏR ÜÇÜN DEYİL

Fərmanın həmin bölümünü şərh edən Rəşad Əliyev deyir: «Bazar dəyərinin dəyişkənliyini nəzərə alanda, belə anlamaq olar ki, müəyyən edilmiş göstəricilər dövri olaraq yenilənəcək. Dəyər məhdudiyyəti ancaq orta şəraitli mənzillərin alışına imkan verəcək. Yüksək sinfə mənsub mənzillərin bir kvadratmetrinin qiyməti orta bazar qiymətini xeyli aşır. Burda sui-istifadə hallarını azaldılması müsbət cəhətdir. Bununla yanaşı, güzəştli şərtlərlə dəbdəbəli mənzil alışının da qarşısı alınacaq».

YARIMÇIQ TİKİLİYƏ İPOTEKA VERİLMƏYƏCƏK

Ekspert prezident fərmanının 4.2. maddəsinə diqqət çəkir və xatırladır ki, Nazirlər Kabineti çoxmənzilli binaların tikinti və istismarına icazə verilməsi, eləcə də yaşayış evlərinin inşası üçün məlumatlandırma prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay içində Azərbaycan Prezidentinə təqdim etməlidir: «Burdan belə başa düşmək olar ki, ipoteka kreditləri tikintisi başa çatmış mənzillərə veriləcək. Əvvəl güman edildiyi kimi, yarımçıq tikililərə də verilməyəcək. Bu səbəbdən Nazirlər Kabinetinə tapşırılır ki, tikintiyə icazə və binaların istismara qəbul prosedurlarını sadələşdirsin. Yarımçıq tikililərə ipoteka kreditlərinin verilməsi imkanları uzaq gələcəyə saxlanılır».

XS
SM
MD
LG