Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:08

İqbal Ağazadə özünü qalib elan etdi


İqbal Ağazadə.
İqbal Ağazadə.

-

35 saylı Xətai Üçüncü Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv olunub.

Bu barədə Azadlıq Radiosuna həmin dairədən namizəd olan Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib. İqbal Ağazadə deyir ki, 18 və 26 saylı məntəqələrdə nəticələri onun şikayəti əsasında dairə seçki komissiyası ləğv edib:

«Bu nəticələrə görə, həmin dairənin qalibi indi mənəm»- İqbal Ağazadə bildirib.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib. Mərkəzi Seçki Komissiyası əvvəlcə 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəni ilkin qalib elan etmişdi. Sonradan həmin dairədə nəticələr sıfırlanmışdı.

ARAZ ƏLİZADƏ: «QALİB MƏNƏM!»

«İki məntəqədə nəticənin ləğv olunmasından xəbərsizəm. Mən indi Azərbaycanda deyiləm. Ancaq iki məntəqədə nəticənin ləğvi nəyi dəyişəcək? Bu, ümumi nəticəyə təsir göstərə bilməz. Onsuz da ümumi nəticəyə görə qalib mənəm».

Araz Əlizadə.
Araz Əlizadə.

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən ilkin qalib elan olunan, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə AzadlıqRadiosuna belə deyir.

«İqbal Ağazadə deyirdi ki, onda 15 məntəqədə seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı protokollar var. Ancaq ortaya cəmi 4 məntəqədən protokol qoya bildi. İndi də iki məntəqədə nəticə ləğv edilib. Onun nə dediyi, nə etdiyi məni maraqlandırmır. Qalib mənəm!», söyləyir Araz Əlizadə.

O, rəqibini saxtakarlıqda ittiham edir: «Məndə onun adamlarının «karusel» keçirməsi, paltarlarını dəyişib məntəqə-məntəqə düşüb necə səs verməsi ilə bağlı çəkilişlər var. Ancaq heç səsimi çıxarmıram. Qalib mənəm çünki, nə istəyir etsin».

Cəhdlərimizə baxmayaraq, hələlik MSK-dan bu deyilənlərə münasibət öyrənə bilməmişik.

XS
SM
MD
LG