Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:23

AXCP fəalı vicdan məhbuslarının yanına göndərilir


Murad Ədilov
Murad Ədilov

►Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan Murad Ədilov 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

Vəkil bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin AXCP fəalı barədə hökmündən yaxın günlərdə Ali Məhkəməyə kassasiya şikayəti veriləcək:

"Şirvan Apellyasiya Məhkəməsinin qərarını noyabrın 10-da almışam. Təcridxanada Murad Ədilovla görüşüb bu məsələni müzakirə etdik. Yaxın günlərdə kassasiya şikayətini hazırlayıb təqdim edəcəyik".

Qeyd edək ki, "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatının “vicdan məhbusu” elan etdiyi şəxslərdən Anar Məmmədli, Tofiq Yaqublu, Pərviz Həşimli, İlkin Rüstəmzadə, həmçinin keçmiş səhiyyə naziri Əli İnsanov da 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Buna da bax: İran Müqaviməti azərbaycanlıların etirazlarını dəstəkləyib

Murad Ədilov 2014-cü ilin avqustunda narkotik maddə saxlama ittihamı ilə həbs olunub. 2015-ci ilin mayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb.

Murad Ədilov həbsinin siyasi sifariş olduğunu və həm özünün müxalif mövqeyinə, həm də qardaşının tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirir. O, xaricdən yayınlanan "Azərbaycan saatı" televiziya proqramının aparıcısı Natiq Ədilovun qardaşıdır.

XS
SM
MD
LG