Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:10

Prezident hakim komandanı dəyişir


Nazirlər Kabineti
Nazirlər Kabineti

-

«Yeni Müsavat» qəzeti yazır ki, prezident İlham Əliyevin son bir ayda iki naziri işdən çıxarması, antikorrupsiya həbslərinin yeni dalğasının başlaması ölkə ictimaiyyətinin bütün diqqətini iqtidar komandasında baş verənlərə yönəldib.

Qəzet yazır ki, hakim komandada ciddi dəyişiklikləri zəruri edən əsas amillərdən biri də YAP-ın hələ də «radikal» damğası ilə tanıtdığı müxalifətin... yoxluğudur: «Məntiqlə əksinə olmalı, iqtidar güclü müxalifət səbəbindən dəyişikliklərə meylli olmalı idi. Amma müxalifət siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra dövlət başçısı müxalifət funksiyasını da icra etməkdədir. O, komandasını müxalifət adından danışanlardan daha sərt tənqid edir, işlərini düzəltmək sürəci verir və cəza tədbirləri görür. Nəinki daxili məsələlərdə müxalifətin tələblərini, hətta xarici dövlət başçılarının xahişlərini eşitməkdən xoşlanmayan prezidentə, görünür ki, belə işləmək daha rahatdır...

Kadr dəyişikliklərini zəruri edən daha bir ciddi səbəb Qərblə Azərbaycan hakimiyyəti arasında problemlərin 2015-ci ildə daha da dərinləşməsidir. 2015-ci ildə Azərbaycan hakimiyyəti Qərbin total olaraq ciddi tənqid hədəfi oldu, Amerika ilə münasibətlərdəki gərginlik səngimədi, Avropa institutları (Avropa Parlamenti, ATƏT) ilə qarşıdurma daha da şiddətləndi.

YAP onları söymək və tənqid etmək yarışında önə çıxdı, amma bunlarla gerçəkliyi dəyişmək olmaz. Qərb Azərbaycan hakimiyyətini sıxdıqca, Rusiya yaranmış fürsətdən istifadə edir, Azərbaycanın bütün sahələrinə əl qoyur, özünü dost kimi sırıyır. Qərblə qarşıdurma, Rusiya ilə xoş olmayan yaxınlaşma davam etdikcə, hakimiyyətin yalnız bir optimal yolu qalır: daxildən real olaraq güclənmək, siyasi islahatlara başlamaq və ölkəni qarşıdakı çətin dövrə hazırlamaq».

Cavid Qurbanov
Cavid Qurbanov

3-4 İLƏ HƏR ŞEY QAYDASINDA OLACAQ

«Hesab edirəm, 3-4 ildən sonra artıq deyə bilərik ki, bizim sərnişindaşımamız qaydasındadır. 3-4 ildən sonra deyə bilərik ki, yüklərin təhlükəsiz daşınması təmin olunur. Çünki burda hər şey elektronlaşmalıdır, onlayn sistemi, rabitə işarə etmə düzəlməlidir. Yəni, hər şey yenidən qurulmalıdır».

Bunu ANS-ə müsahibəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov deyib.

Qurum rəhbəri ilə söhbətdə Azərbaycanda dəmiryolların vəziyyəti və qurumla bağlı bir çox məqamlara aydınlıq gətirilib. Qlobal böhran şəraitində beynəlxalq yükdaşımaların əhəmiyyətinin artmasından, Azərbaycanın malik olduğu coğrafi üstünlükdən nə qədər bəhrələnə biləcəyindən və s. barədə danışılıb. Prezidentin prioritet elan etdiyi Bakı-Qars-Axalkalaki layihəsi üzərində xüsusi dayanılıb.

Cavid Qurbanov deyib ki, Bakı-Qars-Axalkalaki layihəsi çərçivəsində artıq Azərbaycanın öhdəsinə düşən 183 kilometrlik yol hazırdır:

«İlin sonunadək yanacaqla işləyən lokomotivlərlə həm Azərbaycan, həm də Gürcüstan tərəfi istismara hazır olacaq. Orda Azərbaycan və Gürcüstan tərəfindən bir firma yaradıldı. Həmin firma ayrı bir qurum kimi oranı idarə edəcək. Sadəcə olaraq Türkiyə 75 kilometr sahədə yolun tikintisini həyata keçirir. Artıq orada da tikinti işlərinin 70 faizi başa çatıb. Eyni zamanda Türkiyədə də hökumət böhranı ilə əlaqədar olaraq il yarımdır ki, bu məsələlər dayanmışdır. Sonra cənab prezidentin göstərişi əsasında Abid Şərifovla birlikdə Ahmet Davutoğlu ilə görüşdük. Onlar söz verdilər ki, 2016-cı ilin sonuna qədər yol tikilib başa çatdırılacaq. Narahatçılıq biz tərəfdə deyil, narahatçılıq əsasən o tərəfdəndir».

Siqaret
Siqaret

BAKININ GİZLİ SİQARET BAZARI, YENİ QADAĞALAR VƏ YA...

virtualaz.org portalı yazır ki, son günlər müzakirə olunan məsələlərdən biri də siqaret və alkoqollu içkilərin nağd pulla satışına qoyulacaq məhdudiyyətlər ilə bağlıdır.

Portal yeni qaydaların tətbiqindən sonra nəyin dəyişəcəyini, siqaretin nağd satışının qadağan edilməsinin bazara necə təsir göstərəcəyini araşdırıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov portala gizli siqaret satışı ilə bağlı faktlar olduğunu iddia edib.

Mütəxəssis deyir ki, siqaretin tərkibində onlarla kimyəvi birləşmə var: «Ona görə də siqaretin ekspertizası çətindir. Gizli satılan siqaretlər isə daha təhlükəlidir. Nəzərə almaq lazımdır ki, azyaşlılar siqareti köşklər və ya gizli satışdan asanlıqla əldə edə bilirlər. Məhəllə marketlərində azyaşlılara siqaret satılır. Bu isə uşaqların səhhətinə ciddi zərbə vurmaqla həm də qanun pozuntusudur».

Yeni dəyişikliklərdə isə nəzərdə tutulub ki, siqaretlərin yalnız çəkmək məqsədilə nağd pulla satışı mümkün olacaq. Əgər siqaret sonradan satılmaq məqsədilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə ödənilməlidir. Əks halda, 100 manat cərimə nəzərdə tutulur. Hətta kartsız satışa görə 2 illik həbs cəzası da gözlənilir.

Eyyub Hüseynov məhdudiyyətlərin zəruri olduğunu düşünür. Lakin qərarın yerinə yetirilib-yetirilməyəcəyindən əmin deyil.

XS
SM
MD
LG