Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:27

Rusiya öz türkdilli xalqlarından “Türkiyədən küsməyi” tələb etdi


Vladimir Medinski Rusiyanın türkdilli xalqlarına məktub yazıb
Vladimir Medinski Rusiyanın türkdilli xalqlarına məktub yazıb

Rusiya mədəniyyət nazirinin məktubunda Dağlıq Altay, Başqırdıstan, Yakutiya, Tatarıstan, Tuva və Xakasiyaya Türksoy təşkilatı ilə əlaqələri kəsmək tapşırılıb

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ölkənin türkdilli subyektlərinə - Dağlıq Altay, Başqırdıstan, Yakutiya, Tatarıstan, Tuva və Xakasiyaya Türkiyənin “Türksoy” (Türk Kültür ve Sanatları Ortak Yönetimi ) mədəniyyət təşkilatı ilə bütün əlaqələri dərhal kəsməyi tapşıran hökumət məktubunu göndərib.

Türk dillərinin yayılma xəritəsi
Türk dillərinin yayılma xəritəsi

“İzvestiya” qəzetində dərc olunduğu bildirilən məktubda deyilir ki, Rusiya Federasiyasının türkdilli subyektləri Türkiyə təşkilatı ilə bütün əlaqələri kəsməlidirlər.

Maraqlıdır ki, nazir Medinskinin “təklif” adlanan məktubunda “əlaqələrin dərhal kəsilməsindən” söhbət gedir.

Türk mədəniyyətinin təbliği və inkişafı ilə məşğul olan bu təşkilat keçmiş sovet respublikalarıAzərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda da fəaliyyət göstərir.

Türkiyənin hegemonluğuna qarşı

Bu təşkilat 1993-cü ilin 12 iyulunda Almatıda təsis edilib və ona 14 ölkə və muxtar ərazi üzvdür.

Rusiya Mədəniyyət Nazirliyindən gələn “direktiv-təklif”dən dərhal sonra Başqırdıstan Türksoyla bütün əlaqələri kəsdiyini elan edib.

Xakasiya və Tuva da bundan sonra sözü gedən təşkilatla heç bir əlaqəyə girməyəcəklərini bəyan ediblər.

Bu il Altay nümayəndəsi TürkVizion yarışına getməyəcək
Bu il Altay nümayəndəsi TürkVizion yarışına getməyəcək

Bu arada Altay müğənnisi Emil Tolkoçekovun “Türkvizion” mahnı yarışına qatılmayacağı elan edilib.

İA REGNUM agentliyinə müsahibəsində politoloq Anatoli Savostin bu qərarın vaxtında verildiyini bildirib.

Politoloq söyləyib ki, Türksoy da Soros fondu kimi Rusiyada öz maraqlarına uyğun siyasət yürüdür.

O deyib ki, bu qərar Türk dünyasında Türkiyənin hegemonluğuna son qoyacaq.

Bu arada Türkiyədə təhsil alan 100-dək rusiyalı tələbə geri çağrılıb. Bu tələbələrin də böyük əksəriyyətinin “türkdilli muxtar respubklikalardan” olduqları güman edilir.

Türkiyənin acığına

Rusiyada ədəbiyyatla bağlı bir siyasi qərar da çıxarılıb.

Türkiyə hökumətinin kəskin tənqidçisi kimi tanınan nobelçi yazar Orhan Pamuka Sankt Peterburq Universitetinin fəxri professoru titulu verilib.

Türkiyə hökumətinin kəskin tənqidçisi kimi tanınan nobelçi yazar Orhan Pamuka Sankt Peterburq Universitetinin fəxri professoru titulu verilib.

Türkiyə ilə mədəniyyət və ədəbiyyat əlaqələrinə gəlincə isə, belə münasibətlər türkdilli xalqlara hələ Stalin zamanında qadağan edilmişdi.

Türkdilli xalqların Türkiyə ilə bağlarının kəsilməsi üçün Azərbaycan dili də daxil bütün başqa türk dilləri 1930-cu illərdə kiril əlifbasına keçirilmişdi.

Bundan az sonra SSRİ-nin türkdilli respublikalarında on minlərlə yazıçı, alim və sənətçi “pantürkist” damğası ilə repressiya olunmuşdu.

XS
SM
MD
LG