Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:07

Neftçilərə veriləcək kompensasiya açıqlandı


Səlim Müslümov
Səlim Müslümov

-

SOCAR-ın «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə, o cümlədən «Neft Daşları»nda baş vermiş bədbəxt hadisə zamanı həlak olan, xəsarət alan neftçilərə ödəniləcək kompensasiyanın həcmi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində bildirib ki, 3 azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əməkhaqqı 600-650 manat olan, dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək. Qeyd edib ki, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər.

Nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq.

Dekabrın 4-də «Günəşli» yatağı platformasında baş verən yanğında 33 nəfər köçürülüb, 7 nəfərin cəsədi aşkar edilərək sahiblərinə verilib, qalan 23 nəfərin axtarışı davam edir.

XS
SM
MD
LG