Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

ABŞ-dan Azərbaycana kömək məktubu


Yanğın
Yanğın

-

ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hochstein Azərbaycanın energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Nazirliyin məlumatına görə, A.Hochstein «Günəşli» yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara şəfa diləyib.

A.Hochstein qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: «ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır».

Azərbaycan Dövlət Neft Şirkətinin «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə dekabrın 4-də yanğın başlayıb.

Həmin vaxt özüldə 63 nəfərin olduğu bildirilir, bu günədək 33 nəfər xilas edilib, 7 nəfərin cəsədi tapılıb, 23 nəfər axtarılır.

XS
SM
MD
LG