Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:24

Hövsanın mərkəzində nəcis quyuları


Hövsanın mərkəzində nəcis quyuları
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Hövsanın mərkəzində nəcis quyuları

-

Hövsanda hamının «Çöllük küçəsi» kimi tanıdıqları məhəllənin sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət ediblər.

Küçənin adı təzələnərək Oqtay Şabanov küçəsi olub, ancaq problemləri elə köhnə olaraq qalıb. Uzun illərdir ki, məhəllədəki kanalizasiya probleminin həlli üçün döymədikləri qapı qalmayıb. Yay-qış qazdıqları nəcis quyuları dolub-daşır, həyətlər iylənir... Bir sözlə, bu məhəllənin sakinləri, sözün əsl mənasında, nəcis içərisində yaşayırlar.

«HAMISI AXIR GƏLİR QAPIMA»

Məhəllə sakini Elmira Quliyeva deyir ki, bu küçədə bir həyətin nəcisi başqa həyətdə yaşayanların tapdağı altında qalır.

«Hamısı axır gəlir qapıma. Uşaq məktəbə gedə bilmir. Hər yer iylənir. Quyular dolub daşanda heç kəsi tapmırıq ki, gətirib vəziyyəti göstərək. Bələdiyyə qaçır, icra hakimiyyəti qaçır... Evpulu, torpaq pulu yığıb qaçıb gizlənirlər».

Məhəllə düz Hövsan qəsəbəsinin mərkəzində yerləşir. Ətrafda kanalizasiya xətləri var, bu küçədə isə yoxdur. Sakinlərin deməsinə görə, il ərzində bir neçə dəfə gəlib məhəlləni sağdan, soldan ölçüb-biçib gedirlər. Gedəndə də söz verirlər ki, az qalıb, tezliklə məhəllənin kanalizasiya problemi həllini tapacaq. Ancaq hələ ki, bu, vəd olaraq qalır.

Məhəllə sakini Vaqif Əliyev: «Hərə özü üçün bir quyu qazır, hamısı axır tökülür yola. Səhər həyətimiz murdar sularla dolu idi...».

LAYİHƏ AXSAYIR, VƏD VERİLİR

Hövsan qəsəbəsi ilə Hövsan kəndinin su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması hələ bir neçə il əvvəl dövlət proqramına salınmışdı. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində «Azərsu» ASC-nin iş proqramında nəzərdə tutulmuş layihələrdən biri də bu idi. Lakin qəsəbədən gələn davamlı şikayətlərdən görünür ki, deyəsən, layihənin həyata keçirilməsi axsayır.

Suraxanı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, məhəllədə kanalizasiya xətti istifadəyə yararsız olduğuna görə sakinlər özləri çalalar qazıblar. Məhəllənin kanalizasiya sisteminin yenidən qurulması üçün müvafiq qurumlara müraciət edilib. Yaxın vaxtlarda məhəllənin kanalizasiya sistemi qurulacaq, nəcis quyuları ləğv ediləcək.

XS
SM
MD
LG