Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:01

Azərbaycan iqtisadi artımda Ermənistandan da geri qalır


Neft
Neft

Dünya Bankı 2015-ci ildə Azərbaycanda iqtisadi artımı 2 faiz tərtibində qiymətləndirir. Bankın Azərbaycanda bu iqtisadi artıma 2016-cı ilə proqnozu isə daha bədbindir - 0,8 faiz.

Bankın fikrincə, Azərbaycanda iqtisadi artım sürəti 2017-ci ildə nisbətən artacaq, 1,2 faiz olacaq, keçən ilki artım sürətini isə Azərbaycan yalnız2018-ci ildə keçə biləcək – 2,7 faiz.

Bunlar Dünya Bankının 2016-cı il Qlobal İqtisadi Proqnozlar hesabatında yer alıb.

Qonşularla müqayisə etsək, 2016-cı ildə Ermənistanda iqtisadi artım Azərbaycandan yuxarı proqnozlaşdırır – 2,2 faiz. Bu artım Ermənistanda 2017-ci ildə 2,8 faiz, 2018-ci ildə 3 faiz proqnozlaşdırılır.

Gürcüstana bu proqnozlar uyğun olaraq 3,4,5 və 5 faizdir – yenə Azərbaycandan yuxarıdır.

Qazaxıstanda eyni göstəricilər 1,1 ,3,3 , 3,4 faiz proqnozlaşdırılır.

Dünyadakı duruma gəldikdə, Bank hesab edir ki, 2016-cı ildə iqtisadi artım keçən ilki 2,4 faizdən 2,9 faizə qalxacaq.

Bankın ehtimalına görə, Braziliya və Rusiyada iqtisadi geriləmədavam edəcək.

Hindistanın liderliyi ilə Cənubi Asiya regionunda durum yaxşı olacaq. Hindistanda iqtisadi artım 7,8 faiz gözlənilir.

XS
SM
MD
LG