Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

İŞİD yaraqlıları hava zərbələrindən necə sağ çıxır


Rusiya «İslam Dövləti" yaraqlılarını Xəzərdən vurub
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Rusiya «İslam Dövləti" yaraqlılarını Xəzərdən vurub

►Bəzi tunellərin uzunluğu 1 kilometrə çatır

İraqın əsas şəhərlərindən biri olan Ramadi uğrunda döyüş "İŞİD"in zəifləməsi yolunda mühüm addım oldu.

Lakin ABŞ-ın başçılıq etdiyi koalisiya və İraq qüvvələrinin aylarla davam edən gündəlik hücumları nəticəsində yalnız bu yaxınlarda silahlıları şəhər mərkəzindən çıxarmaq mümkün olub.

Yerli tayfa başçısı deyir ki, bu itkiyə baxmayaraq "İŞİD" hələ də Ramadinin 25%-nə nəzarət edir.

Bəs "İŞİD" hava zərbələrindən necə can qurtara bilir?

Bir çox başqa yerlərdə olduğu kimi Ramadidə də bu sualın cavabını yerin altında axtarmaq lazımdır.

İraq Antiterror Xidmətlərinin komandiri, general-mayor Sami Kathim CNN-ə belə deyib: "Bizim ərazini təmizləmək cəhdlərimiz zamanı onlar diqqətimizi yayındırıb yoxa çıxırlar."

Kathim-in komandası xüsusi əməliyyat qrupuna daxildir. Onlar silahlıları sağ ələ keçirməyə çalışırlar: "Biz aşkar etdik ki, onlar tunellərdə gizlənirlər," - komandir deyir.

"İŞİD" silahlıları hansısa şəhəri tutandan sonra gördükləri növbəti iş orada tunel qazmaqdır.

Yerin 10 metr dərinliyində qazılan tunellərin üni 1-2 metrdən çox olmur.

"Tunellər binaların arasında qazılır ki, təyyarələrin "gözündən yayınıb" başqa küçəyə keçə bilsinlər," - deyə Kathim izah edir. Onun sözlərinə görə, bəzi tunellərin uzunluğu 700, 800 metrə və hətta 1 kilometrə çatır.

Tunellər hava zərbələri zamanı çox vacib amildir. Əsgərlər artıq Ramadi küçələrinin altında yüksək rütbəli "İŞİD" komandirlərini də aşkar ediblər.

Əsgərlərdən biri CNN-ə deyib ki, tunellər bir-biri ilə kəsişir və onların içində hətta elektrik də var.

Tunellərin yerin səthinə açılan yerlərində isə silahlıların hərəkətini gizlədən əldəqayırma sığınacaqlar düzəldilib.

Hökumət əsgərləri tunelləri çox ləng keçirlər. Çünki ora təhlükəlidir. Əsgərlər tunellərin partlayıcı maddələrlə dolu olmadığına əmin olmalıdırlar.

İçəriyə girmiş ilk adam "həm özünün, həm də yoldaşlarının həyatı üçün məsuliyyət daşıyır," deyə Kathim əlavə edib.

İŞİD yaraqlılarının keçmiş arvadları
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

XS
SM
MD
LG