Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:33

"Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb"


Taleh Bağırzadə
Taleh Bağırzadə

►«Burun sümüyü sındırılıb»

«Taleh Bağırzadədən işgəncə yolu ilə etirafedici və digər şəxslərə qarşı ifadələr almağa çalışıblar».

Bu barədə onun vəkili Cavad Cavadov dekabrın 7-də axşam saatlarında öz facebook səhifəsində yazib. Vəkil qeyd edib ki, Taleh Bağırov ilə ötən il dekabrın 29-da qısa da olsa danışa bilib:

“Dekabrın 29-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olundum. Orada saxlanan Taleh Bağırzadəyə mənim müdafiəçi olaraq formal təqdim etməm keçirildi. Taleh Bağırzadəylə konfindensial ünsiyyət saxlamaq imkanım olmasa da, qısa olaraq danışmaq imkanım oldu. Ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb. Özünün bildirdiyinə görə, ondan etirafedici, hətta digər şəxslərə qarşı bu yolla ifadələr almağa cəhdlər edilib. Buna baxmayaraq o özünü təqsirli bilməyib”

Vəkil həmçinin yazıb ki, Taleh Bağırzadənin ailə üzvlərinə zəng etmək hüququ təmin olunmur:

“Sovqat, hətta adi pal-paltar qəbul olunmur. Bu məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsinə verilmiş şikayətin baxılması 14 yanvar saat 15-00-can təxirə salınıb. Məhkəmə iclasında işgəncə hallarının araşdırılması ilə bağlı məhkəmə tibb ekspertizasının keçirilməsi tələb edəcəyik.”

Taleh Bağırzadə ötən il noyabrın 26-da Bakının Nardaran kəndində keçirilən əməliyyatda həbs edilib. Həmin vaxt 2 polis və 4 mülki şəxs həlak olmuşdu.
Sonradan həmin hadisələr vaxtı yaralanan daha bir kənd sakini həlak olmuşdu.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və həmin hadisələr zamanı Nardaranda həbs edilən daha 14 nəfər terrorda, qəsdən adam öldürmədə, kütləvi iğtişaş salmada və daha bir neçə cinayətdə ittiham edilirlər. Onlara qarşı 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

XS
SM
MD
LG