Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:05

Ağcabədidə köçkünlər 3 saat yolu bağlayıblar (Video)


Ağcabədidə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Ağcabədidə etiraz aksiyası

-

Yanvarın 12-də Ağcabədidə bahalaşma və işsizlik əleyhinə etiraz aksiyası keçirilib. Bu haqda Facebook sosial şəbəkəsində istifadəçi məlumat yayıb. Məlumatda aksiyaçılardan 3 nəfərin beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istədikləri də deyilirdi.

«DEDİ BU GÜN 30 QƏPİK TAPMAYIB Kİ...»

Ancaq Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli AzadlıqRadiosuna deyir ki, intihar etmək istəyən bir nəfər - Ramil adında məcburi köçkün olub. O biriləri dama onu intihar fikrindən daşındırmaq üçün çıxıblarmış:

«Həmin gənc deyir ki, qaçqındır, ailə başçısıdır, bu gün 30 qəpik tapmayıb ki, evinə çörək alsın. Mən özüm orda olduğum müddətdə neçə adamdan eşitdim ki, dolanışıq baxımdan əziyyət çəkirlər. «Səfalət içində yaşayırıq, biz özümüz də intihar həddinə çatmışıq» deyirdilər».

Ağcabədidə aksiya.
Ağcabədidə aksiya.

Rayon sakini Cahid Hacıbəyli AzadlıqRadiosuna bildirir ki, aksiyanı keçirən ağcabədililər yox, burda məskunlaşan məcburi köçkünlər olub.

«MÜƏLLİMƏ CİBİNDƏN RESEPT ÇIXARDI...»

Rəşid Nəcəflinin sözlərinə görə, aksiya iştirakçıları təxminən 3 saat ərzində Ağdam-Ağcabədi yolunu bağlayıblar.

Hadisə yerinə icra başçısı, polis rəisi, prokuror və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Aksiyaçılar iş və çörək tələb ediblər.

Ağcabədidə aksiya.
Ağcabədidə aksiya.

«Dedilər ki, «nə probleminiz var, həll edəcəyik». O gənc də dedi ki, «həmişə söz verirsiniz, amma sonra da aldadırsınız». Bəziləri danışır ki, hökumətin onlara verdiyi evləri kirayə verib gedib ata-ana, qardaş-bacı yanında yaşayırlar ki, birtəhər aldıqları pulla dolansınlar. Bir müəllimə cibindən resepti çıxardı, dedi ki, bir aydır gəzdirir, ancaq dərman ala bilmir. İcra başçısı da onları dinləyəndən sonra cavab verdi ki, ölkənin 20 faizi işğal altındadır, müharibə bitməyib, bu cür etirazlara ehtiyac yoxdur və s...» - Rəşid Nəcəfli deyir.

Rəsmilər və sakinlər gənci intihar fikrindən daşındırıblar. İcra başçısı problemlərin həllini vəd edib.

Aksiya artıq başa çatıb.

XS
SM
MD
LG