Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:31

“Üsyançı” müstəntiq həbs edildi


Rüfət Səfərov
Rüfət Səfərov

-

Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov həbs edilib.

Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, Rüfət Səfərov dindirilmək üçün Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb və saxlanılıb. Ona təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar elan olunub. Həmçinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilib.

Bu gün səhər saatlarında prokurorluqda Rüfət Səfərov barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə cinayət işi başlandığını məlum olmuşdu.

Buna da bax: "Bu, monopolistlərin qələbəsi sayıla bilər"

Rüfət Səfərov isə ittihamı qəbul etmir və onu absurd sayır. Keçmiş müstəntiq bildirib ki, həbsdən, hətta işgəncələrdən belə çəkinmir:

"Ümidvaram ki, xalqım, azad media, vətəndaş cəmiyyətinin sıradan çıxarılmamış nümayəndələri, siyasi partiyalar, bir sözlə, vicdan və ədalət hissini gözardı etməyən insanlar məni mübarizədə tək qoymayacaqlar".

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, prokurorluqdan istefa verdiyini açıqlayandan dərhal sonra Baş Prokurorluq tərəfindən onun çalışdığı Zərdab Rayon Prokurorluğuna yoxlama göndərilmişdi. Ardınca da Rüfət Səfərovun yaşadığı evdə axtarış aparıldı, kompüteri və telefonu götürülmüşdü. Bugünlərdə isə Zərdab rayonunun prokuroru vəzifəsindən azad edildi.

XS
SM
MD
LG