Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:55

Əyalətlərdə 20 Yanvar siyasi çəkişmələrsiz keçmədi...


Lənkəran polisi - 20 yanvar 2016
Lənkəran polisi - 20 yanvar 2016

-

Paytaxt Bakıdan fərqli olaraq, əyalətlərdə 20 Yanvar faciəsinin yad edilməsi günü müxalifət partiyaları üçün qalmaqalsız ötüşməyib. Lənkəran rayon sakini Kazım Həsənov özünün Facebook səhifəsində Şəhidlər Xiyabanını ziyarət edərkən polislərin onlara mane olduqlarını yazır:

«Yanvarın 20-də AXCP Lənkəran şöbəsinin fəalları 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etdi. Şəhidlər Xiyabanını ziyarət edərkən Lənkəran polisi AXCP fəallarına mane olmaq istədi. 30-a yaxın polis abidənin yaxınlığını mühasirəyə aldılar. Əvvəlcə ziyarətə imkan verməməyə çalışdılar. İnsidentdən çəkinib bunu etmədilər. Amma şəkil çəkməyə icazə vermədilər».

Cəlilabadda da Müsavat Partiyasının yerli fəallarının rayondakı Şəhidlər Xiyabanına ziyarətlərinə mane olublar. Verilən məlumata görə, yanvarın 20-si səhər saat 10-da Müsavat Partiyasının Cəlilabad rayon şöbəsini polis nəzarətə götürüb. Müsavat üzvlərindən tələb edilib ki, Şəhidlər Xiyabanına yürüşlə getməsinlər. Müsavat Partiyasının Cəlilabad rayon fəalları polisin nəzarəti altında Şəhidlər Xiyabanını ziyarət edə biliblər.

İCRA HAKİMİYYƏTİ: «MÜSAVAT QANUNSUZ YÜRÜŞ KEÇİRMƏK İSTƏYİB»

Bununla bağlı Cəlilabad rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Loğman Hüseynov APA-nın cənub bürosuna bildirib ki, müsavatçılar qanunsuz yürüş keçirmək istəyiblər :

«Bu gün saat 10.00 radələrində Şəhidlər Xiyabanı hər bir rayon sakinin üzünə açıqdır. Rayon rəhbərliyi, səhiyyə, təhsil və mədəniyyət işçiləri, hərbi qulluqçular və sadə insanlar sərbəst şəkildə xiyabana gələrək şəhidlərə ehtiramını ifadə edirlər. Müsavat Partiyasının 5-10 üzvü şəhidlərin adından istifadə edərək qanunsuz küçə yürüşü keçirmək istəyib».

«QORXURLAR Kİ, CƏMİYYƏT PARTİYANIN GÜCÜNÜ GÖRƏR»

Müsavat Partiyası başqanın müşaviri, Cəlilabad rayon sakini Hidayət İsmayılov deyir ki, 20 Yanvar tədbiri ilə bağlı yerli hakimiyyət orqanlarını qabaqcadan məlumatlandırıblar. Onlarla danışıq olub:

«Hər il bu maneələr olur. Hakimiyyətlə danışığa getdik. Onlara bildirdik, belə gündə başqa məqsəd güdmək əxlaqsızlıqdır. Təxribat olsa, onlara kömək etməyə hazırıq. Sakitcə ziyarətimizi edəcəyik. Lakin polis kordonu yaratdılar. Qorxurlar ki, cəmiyyət partiyanın birliyini, gücünü görər. Bizim istənilən hərəkətimiz onları qıcıqlandırır. Əslində belə hərəkətlər dövlətçiliyimizə ziddir».

XS
SM
MD
LG