Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:01

«Üsyançı» müstəntiq azad olundu- [Video]


Üsyankar müstəntiq azadlıqda-evindən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Üsyankar müstəntiq azadlıqda-evindən reportaj

►"Möhtərəm prezident! Şükürlər olsun ki, bu ümidimizi puça çıxarmadınız"

Siyasi bəyanatla prokurorluq orqanlarından istefa vermiş müstəntiq Rüfət Səfərov təcridxanadan buraxılıb.

Yanvarın 22-də Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalov bu barədə qərar çıxarıb.

APELLYASİYA ŞİKAYƏTİNDƏN İMTİNA OLUNUB

Məhkəmə Rüfət Səfərovun barəsində ilkin istintaq dövrü üçün seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxıb.

Vəsatət təmin olunub və Rüfət Səfərov məhkəmə zalından evə buraxılıb.

Qərarın təqdirəlayiq olduğunu deyən vəkil Bəhruz Bayramov qeyd edib ki, iş üzrə istintaq davam edir.

Yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində də Rüfət Səfərovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılmalı idi.

Vəkil bildirib ki, artıq müdafiə etdiyi şəxs həbsdən buraxıldığına görə həmin şikayətdən imtina ediblər.

Rüfət Səfərov özü də ona dəstəyinə görə ictimaiyyətə, xüsusən media nümayəndələrinə minnətdarlıq edib.

Buna da bax: Məhkəməyə yerə uzanmaqla etiraz edir- [Video]

“ÜMİDİMİZİ PUÇA ÇIXARMADINIZ”

Rüfət Səfərovun valideynləri Eldar Sabiroğlu və Tahirə Səfərova qərardan dərhal sonra prezident İlham Əliyev və onun xanımına minnətdarlıq məktubu ünvanlayıb.

"Oğlumuz Rüfət Səfərovun məlum işi ilə əlaqədar çox üzüntü keçirdik. Ailəmizin həyəcan və əzabını sözlə ifadə etmək çətindir. Allah kimsəyə, heç bir valideynə belə ağır günü göstərməsin. Ancaq yenə ümidlə yaşayırdıq. Möhtərəm prezident! Şükürlər olsun ki, bu ümidimizi puça çıxarmadınız", - deyə valideynlər müraciətdə yazıb.

Xatırladaq ki, Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.

Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı evdə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Yanvarın 15-də isə Rüfət Səfərova qarşı CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə ittiham irəli sürülərək həbs olunub.

XS
SM
MD
LG