Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:24

«YUĞ»a Bolqarıstandan dəstək: «Sabah çox gec olacaq»


YUĞ Teatrı
YUĞ Teatrı

-

Vaxtilə Azərbaycanda da çalışmış bolqar rejissoru Hristo Stoichev YUĞ Teatrı binasının sökülməsi qərarından xəbər tutunca, məktub yollayaraq həmin qərarın təkrar gözdən keçirilməsini xahiş edib. AzadlıqRadiosu məktubun tərcümə mətnini diqqətinizə yetirir.

Azərbaycan Teatrının ənənə və gələcəyi naminə müraciət

Azərbaycan Respublikasında – Lənkəran Dövlət Teatrında çalışmış və teatral bir ailədə doğulmuş teatr rejissoru kimi teatrın taleyinə səmimiyyət və sevgimi bildirirəm. Teatr mənim həyatımdır. Mən Azərbaycan insanını, teatrının tarix və ənənələrini sevirəm. Azərbaycanın hörmətli teatr və mədəniyyət qurucuları! Xahiş edirəm ki, teatr mirasına toxunmayın. Bu bir evdir, gələcəkdə ucaldacağınız evinizdir. O evin tək kərpicinə də dəyib-toxunmaq və götürmək olmaz. Bu evdə Azərbaycan dili, Vətənin müqəddəs şairləri, Azərbaycan uşaqlarının və Azərbaycan Teatrının gələcəyi qorunur. Uçurmaq asan, qurmaq çətindir. Teatr məbəd kimi qalmalıdır. Sabah çox gec olacaq. Ruh evi olmayan insanlar hara üz tutacaqlar? Bu, sual deyil – cavabdır...

...Bolqarıstan ziyalılarının, mədəniyyət və teatr direktorlarının təmsilçisi kimi, biz YUĞ Teatrı binasını sökmək qərarından təşvişə düşmüşük. Fikrimizcə, bu, Bakı şəhərinin tarix və mədəniyyətinə böyük zərbə olardı. Azərbaycana, bütün Türk dünyasına, eləcə də YUĞ Teatrı timsalında çağdaş teatr mədəniyyətinə geri dönüşü imkansız ziyan vura biləcək qərarınızı təkrar gözdən keçirmənizi xahiş edirik.

Hristo Stoichev

Bolqarıstanın teatr rejissoru

XS
SM
MD
LG