Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:19

Kaxa Kaladze: "Rusiya Azərbaycandan sərfəli qiymət təklif edir"


Kakha Kaladze
Kakha Kaladze

►"İndi Gürcüstan üstün mövqeyə malikdir"

Gürcüstanın energetika naziri Kaxa Kaladze Azadlıq Radiosuna müsahibə verib.

O deyib ki, Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksandr Miller "yaxşı danışıq aparmaq qabiliyyətinə malik olsa da, Gürcüstan tərəfi güzəştə getməyəcək."

Kaxa Kaladzenin fikrincə, çünki Gürcüstan indi prioritet mövqeyə malikdir.

Yəni qazı bir neçə mənbədən, "SOCAR"dan, "Şahdəniz" konsorsiumundan və "Qazprom"dan ala bilər. "Düşünürəm ki, hər bir Avropa ölkəsi bu gün Gürcüstanın olduğu vəziyyətdə olmaq istərdi... Mən bir neçə dəfə demişəm ki, Azərbaycan bizim strateji partnyorumuzdur. Ancaq bizim qazın çatdırılması ilə bağlı problemlərimiz var," - deyə o bildirib.

Nazir qeyd edib ki, Azərbaycan qazının çatdırılması zamanı qış və yay mövsümləri arasında disbalans yaşanmaqdadır. Azərbaycandan gələn əsas boru kəməri qışda daha çox qaza ehtiyacı olan Gürcüstana kifayət qədər qaz çatdıra bilmir, boru kəmərinin keçiriciliyi buna imkan vermir.

"Əgər gələcəkdə ora hər hansı investisiyalar qoyulacaqsa, problem həll olunacaq. Hazırda mövcud olan çatışmazlığı nə iləsə kompensasiya etmək lazımdır. Biz bu vaxta qədər həmin boşluğu Rusiya qazının Ermənistana tranzitindən 10% götürməklə doldururduq. İndi "Qazprom" pul ödənişinə keçməyi təklif edir," - deyə Kaxa Kaladze bildirib və əlavə edib ki, onun üçün bu, təzə xəbər olub.

Nazir izah edib ki, Rusiyanın qazı Ermənistana İran vasitəsilə də ötürmək imkanı var. Bu yolla o, Ermənistana bir milyard kubmetr qaz ötürə bilər. O deyib ki, artıq indi Rusiya Ermənistana lazım olan qazın yarısını İran vasitəsilə ötürür. Bir ildən sonra isə investisiyalar olarsa, qazın yüz faizini bu yolla sata bilər. (Ardı aşağıda)

Buna da bax: Müxalifətdən Əli Həsənova cavab: "Hanı o analoqu olmayan..."

SOCAR benzini niyə ucuzlaşdırmır?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Kaxa Kaladze daha sonra bunun Gürcüstan üçün böyük problem olduğunu və Gürcüstanın Rusiya ilə danışıqlara məhz buna görə başladığını qeyd edib.

"Biz istədiyimiz zaman ölkəmizin ehtiyacı olduğu həcmdə qaz almaq və heç bir problem yaşamamaq istəyirik."

K. Kaladze bildirib ki, Rusiya Azərbaycanla müqayisədə daha rəqabətədavamlı qiymətlər təklif edib. "Bizim azərbaycanlı tərəfdaşlarımız bunu bilirlər, gizlətməli bir şey yoxdur," deyən nazir əlavə edib ki, bu yaxınlarda danışıqlar başa çatacaq:

"Müxalifətə yaxın adamlar bizim apardığımız danışıqları siyasi müstəviyə keçirmək istəyirlər. Mən buna soyuqqanlı yanaşıram. Çünki bilirəm ki, nə edirəmsə, öz xalqım üçün, Gürcüstan üçün edirəm. Bir nazir kimi mən öz xalqımı elektrik enerjisi ilə, qazla təmin etməliyəm. Əgər qaz olmasa idi, biz Gürcüstan bazarının ehtiyacı olan həcmdə qazı ala bilməsəydik, onda demək olardı ki, energetika naziri Kaladze işinin öhdəsindən gəlmir. Amma biz bütün riskləri dəyərləndirmişik," deyə nazir fikrini yekunlaşdırıb.

XS
SM
MD
LG