Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:11

Nazirlikdən «Standard&Poor’s»a cavab


Standard&Poor’s
Standard&Poor’s

-

Maliyyə Nazirliyi «Standard&Poor's» beynəlxalq reytinq agentliyinin hesabatında bir sıra qeyri-dəqiqliklərə yol verildiyini diqqətə çatdıraraq qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edib.

«Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini endirən «Standard&Poor's» xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək», - nazirliyin açıqlamasında deyilir.

Yanvarın 29-da «Standard&Poor's» (S&P) reytinq agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini investisiya BBB- səviyyəsindən BB+ səviyyəsinə endirib.

Bu,«spekulyativ», yaxud «tullantı» səviyyə sayılır. Agentlik bildirir ki, səbəb neftin ucuzlaşması və xarici valyuta ehtiyatlarının azalmasıdır.

XS
SM
MD
LG