Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:19

Tacir dükanına gətirilmiş çay dəsti Tarix Muzeyinə verildi


Çay dəsti
Çay dəsti

-

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası yeni eksponatla zənginləşib.

Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, söhbət Avropa istehsalı olan çay dəstindən gedir.

XX əsrin əvvəllərində Bakıda məşhur tacir Mikayıl Hüseynovun Riqa çini qablar zavodundan məxsusi sifarişlə aldığı bu çay dəsti 15 predmetdən ibarətdir.

Hər predmetin alt hissəsində kiril əlifbası ilə rus dilində «Блестящий магазин- Микаила Усейнова. Баку тел. 29-74 JJPF» yazısı diqqət çəkir.

Çini dəstin incə qızılı haşiyəsi var. Hər predmetin üzərinə Avropa üslublu paltar geymiş qız və oğlan təsvirləri həkk olunub.

Çay dəsti ötən əsrin əvvəllərində Azərbaycanın Avropa ilə iqtisadi-mədəni əlaqələrinin əhatə dairəsinin öyrənmək, xalqın məişətində müasirləşmə meyllərini izləmək baxımından önəmli sayılır.

XS
SM
MD
LG