Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:41

Ən böyük tacir neftə ən bədbin proqnoz verir


Ian Taylor
Ian Taylor

Vitol Group BV-nin baş icraçı direktoru Ian Taylor Bloomberg-ə müsahibədə deyib ki, neft qiymətləri ən azı 10 il müddətində aşağı səviyyədə qalacaq

Dünyanın ən böyük müstəqil neft ticarəti şirkəti Vitol Group BV-nin baş icraçı direktoru Ian Taylor Bloomberg-ə müsahibədə deyib ki, neft qiymətləri ən azı 10 il müddətində aşağı səviyyədə qalacaq.

O deyib ki, neft qiymətlərində qarşıdan gələn on il müddətində dramatik artınm gözləmir.

Onun fikrincə gələn onillikdə neftin orta qiyməti bir barrel üçün 50 dollar civarında olacaq.

Bu isə o deməkdir ki, ən böyük artım 60 dollar və aşağı qiymət isə 40 dollar ola bilər.

Aşağının aşağısı

Lakin onun müsahibəsindən bəlli olur ki, 40 dollar hələ “aşağının aşağısı” deyil. Hazırda Brent markasından olan neftin bir barreli 33, 38 dollardır.

1986-1999-cu illərdə neftin qiyməti bir barrel üçün 10-20 dollar arasında vargəl edib.

Hazırkı vəziyyətdə isə aşağı həddin nə olacağını demək mümkün deyil.

Vitol gündə 5 milyon barrellik alış-veriş edir. Bu qədər neft Almaniya, Fransa və İspaniyanı birlikdə təmin etməyə kifayətdir.

Bununla belə, Ian Taylorinanır ki, neft qiymətləri ilin ikinci yarısında bir az dirçələrək 45-50 dollara çatacaq.

Üçrəqəmli qiymətləri unudun

Gözlə görünən yaxın gələcəkdə isə Taylor Yaxın Şərq ölkələrinin kisələrini partladan üçrəqəmli neft qiymətlərini ümumiyyətlə görmür.

Yaxın Şərq ölkələrinin kisələrini partladan üçrəqəmli neft qiymətləri ümumiyyətlə olmayacaq

Onun fikrincə, hazırda bazarda mövcud olan təklif bunu deməyə əsas verir. Beləki İran neft bazarına qayıdır, böyük bazarlarda neftə tələbat artmır.

Müsahibədə deyilir ki, neft qiymətlərinin düşməsini əsaslı şəkildə şərtləndirən neft ixracatçısı olan ölkələrin OPEC kartelinin dəyişən siyasəti olub.

Kartel neft qiymətlərinin sabitləşməsi üçün əvvəllər olduğu kimi hasilatı ixtisar etməyə tələsmir, əksinə böyük OPEC ölkələri bazarlar uğrunda mübarizəyə girişərək, Amerikanın baha başa gələn şist neftini buradan çıxarmağa çalışırlar.

OPEC heç nəyi dəyişə bilmir

Taylor bildirib ki, OPEC və Rusiya kimi qeyri-OPEC ölkələri arasında razılaşma mümkündür, lakin bunun bazara və qiymətlərə ciddi təsir edəcəyini gözləmək düzgün olmazdı.

Məsələn, elə ötən həftə Venesuelanın neft naziri Eulogio del Pino Səudyyə Ərəbistanına səfər edib.

Səudiyyənin neft naziri Əli əl-Naimi “uğurlu danışıqlar” barədə bəyanat versə də, siyasətdə hər hansı dəyişilik olacağına dair açıqlama olmayıb.

Tacirlər həmişə qazancdadır

Müsahibədən bəlli olur ki, Trafigura Group Pte, Glencore Plc, Gunvor Group Ltd, Castleton Commodities International LLC və Mercuria Energy Group Ltd kimi neft tacirləri qiymətlərin qeyri-sabitliyi şəraitində də mənfəətlənməni davam etdirirlər.

Bu şirkətlər neftin fyuçers – gələcək qiymətlərindən qazanc götürürlər. Bu, tacirlərə nefti alıb anbarlamaq və daha sonra münasib qiymətə satmaq inkanı verir.

Taylor deyib ki, bu il 50 yaşını qeyd edən və səhmdarları öz işçiləri olan Vitol 2015-ci ildə 2014-cü illə müqayisədə 1, 35 milyard dollar əlavə gəlir əldə edib.

Əlbəttə bu, 2009-cu ildəki 2, 3 milyard dollar deyil, deyib Taylor.

XS
SM
MD
LG