Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

McGovern «Azərbaycanda Demokratiya Aktı»nın həmmüəllifidir


ABŞ Konqresi
ABŞ Konqresi

-

«Qlobal Maqnitski» adlı qanunun müəllifi amerikalı konqresmen Jim McGovern «Azərbaycanda Demokratiya Aktı» qanun layihəsinin həmmüəllifi olub. Bu qanun layihəsini ötən ilin sonlarında başqa bir konqresmen Chris Smith irəli sürüb. Xəbəri «Turan»ın Vaşinqton müxbiri yayıb.

«Azərbaycanda Demokratiya Aktı» insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

«Qlobal Maqnitski» Aktı isə bütün dünyada korrupsioner və insan hüquqlarını pozanlara qarşı sanksiyaları, onların ABŞ-dakı mülkiyyətlərinin həbsini hədəfləyir.

Bundan öncə «Azərbaycanda Demokratiya Aktı»na iki konqresmen – Louise Slaughter və Joe Heck qoşulub.

Qanun layihəsinin müəllifi Chris Smith «Turan»a müsahibəsində deyib ki, o və həmkarları çox ciddi əhval-ruhiyyədədirlər: «Biz prezident İlham Əliyevi inandırmaq istəyirik ki, ayrı-ayrı şəxslərin, jurnalistlərin və müxalifətçilərin sıxışdırılmasına yönələn siyasətin sonu pis olacaq».

Konqresmen qeyd edib ki, ABŞ administrasiyası siyasi məhbuslar və mətbuatın sıxışdırılması məsələsini Əliyevin qarşısında aydın və birmənalı şəkildə qaldırmalıdır.

Bu ay prezident İlham Əliyevin nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfəri planlaşdırılır. Səfər çərçivəsində Vaşinqton nümayəndələri ilə Azərbaycan rəhbəri arasında mühüm və prinsipial danışıqların olacağı gözlənilir. Yaxın perspektivdə Azərbaycan-Amerika münasibətlərinə dair bir çox məsələ həmin görüşlərin nəticələrindən asılı olacaq.

XS
SM
MD
LG