Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:00

Vüqar Bayramov: "1 dollar 2 manat olacaq. Proses başlayıb"


Vüqar Bayramov
Vüqar Bayramov

►“SOCAR-ın hasilatı artırmaq imkanları onsuz da azalır”

Dövlət Neft Şirkəti neft hasilatını dondurur və hasilat keçən ildəkindən çox olmayacaq. Bunu SOCAR-ın rəhbəri Rövnəq Abdullayev bildirib.

Neft hasilatının azalması nə deməkdir? Bu, neft gəlirlərinə təsir edəcəkmi?İqtisadçı Vüqar Bayramov AzadlıqRadiosuna bu məsələni şərh edir:

– 2015-ci ildə Azərbaycan 41 milyon 586 min ton neft hasil edib. Hasil edilən neftin təxminən 8 milyonu SOCAR-ın payına düşür. Əgər hasilat statistikasına diqqət etsək, 2015-ci ildəki hasilatda 2014-cü ilə nisbətən azalma müşahidə edilir. Belə ki, 2014-cü ildə hasilat 42 milyon ton olub. Dövlət Neft Şirkətinin də bu illər ərzində neft hasilatında bir neçə yüz min ton azalma olub. Praktik olaraq, Azərbaycanın neft hasilatında azalma qeydə alınır.SOCAR öz hasilatını 2014-cü il səviyyəsində dondura bilər.

– Bunun ölkə iqtisadiyyatına və SOCAR-ın gəlirlərinə təsiri ola bilərmi?

– Xeyr, heç bir ciddi təsiri olmayacaq. Azərbaycan üçün heç bir ciddi itki olmayacaq, çünki böyük hasilat dondurulmasından söhbət getmir. Azərbaycanın gündəlik neft ixracatı 850 min barel civarındadır. Dünya bazarına gündəlik 12 milyon barel neft hasil edən Səudiyyə Ərəbistanı, Rusiya kimi ölkələrin olduğunu nəzərə alsaq, SOCAR hasilatı dondurmaqla heç nə itirməyəcək. Üstəlik, mövcud infrastruktur və investisiya şəraitində SOCAR-ın hasilatı artırmaq imkanları da yoxdur. Əgər Neft Şirkəti və ya Bp hasilatı kəskin dayandırmaqla bağlı qərar versə, bəli, bu, ölkə gəlirlərinə təsir göstərə bilər.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Vüqar bəy, ölkədə dolların manata nisbətən kursu hər gün arta-arta gedir. Bu, yenə də dünya bazarında neftin qiymətindən asılıdır, yoxsa, daha çox ölkədəki psixoloji atmosferdən?

– Diqqətçəkən məqam budur ki, dünya bazarında neftin qiyməti artır, amma buna baxmayaraq, manatın məzənnəsində azalma müşahidə edilir. Çünki dollara tələbat artıb. Bu tələbatı da psixoloji mühit yaradır, çünki üçüncü devalvasiya ilə bağlı məlumat var. Mərkəzi Bankın rəhbərinin açıqlamaları da buna təsir edir. Cəmiyyətdə artıq belə bir fikir formalaşıb ki, Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı müsbət tonda danışsa, bu, devalvasiyadan xəbər verir. Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı sonuncu açıqlamasını fevralın 26-da verib, bundan sonra hər gün dollar bahalaşır. Bütün hallarda Mərkəzi Bankın valyuta ehtiyatları azalır və psixoloji 4 milyard həddini keçib. Artıq bazara müdaxilə imkanları da məhdudlaşıb. Hələ ötən ilin dekabrında proqnoz vermişdim ki, dollar 2 manat olacaq, bu proses artıq başlayıb. Mərkəzi Bank artıq buna müdaxilə edə bilməyəcək. Bir məqamı deyim ki, Mərkəzi Bank ötən il ərzində manatı saxlamaqdan ötrü 12 milyard xərclədi, amma məzənnəni saxlaya bilmədi, manat yenə də təzyiq altındadır. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank bazardan çəkildikcə, manatın məzənnəsində kəskin azalmalar müşahidə edəcəyik.

Buna da bax:

Butulkadan çörək çıxaran adam...
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XS
SM
MD
LG