Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:43

Yazıçıların cəbhədə baş verənlərə münasibəti [sorğu]


-


Aqil Abbas: «Hərbi əməliyyatlar niyə dayanmalıdır ki?!»

Aqil Abbas
Aqil Abbas

- Qarabağ mövzusunda yazan Aqil Abbasın cəbhədə baş verənlərə münasibəti necədir?

- Mən bir deputat və jurnalist kimi, Müdafiə Nazirliyinin məlumatlarını izləyirəm. Onlar nə deyirsə, mənim də münasibətim odur.

- Hərbi əməliyyatların kəsilməsini, sülhün bərpa olunmasını istərdiniz, yoxsa davam edib müharibəyə çevrilməsini?

- Hərbi əməliyyatlar niyə kəsilməlidir ki? Düşmən, nə qədər ki, torpaq işğal altındadır, cavabını alacaq.

Vaqif Nəsib: «Sərhəddə baş verənləri müsbət hadisə bilirəm»

Vaqif Nəsib
Vaqif Nəsib

- Yaxşı olardı ki, bunu politoloqlar şərh edə. Amma politoloqlarımız sözlərinə məddahlıqla başlayırlar...

Həmişə təqsir öləndə olur axı, bəlkə elə erməni bizi qeyrətə gətirə. Son zamanlar Müdafiə Nazirliyinin qətiyyətini bəyənirəm. Sərhəddə baş verənləri müsbət hadisə bilirəm. Bəlkə bizi ermənilər qeyrətə gətirələr, təqsir özlərində ola-ola.

Dünyaya çatdırmaq lazımdır ki, azərbaycanlılar bu münaqişədən əzab çəkiblər. Torpağın 20 faizini itirmək nə deməkdir, bunu dünyaya çatdırmaq lazımdır. Dünyaya şüarlarla çatdrırırq, əyani şkildə çatdırmaq lazımdır.

Nəriman Həsənzadə: «Olacaqsa, qoy indi olsun»

Nəriman Həsənzadə
Nəriman Həsənzadə

- Əvvəl-axır bu, olasıdısa, qoy elə indi olsun. Millətdə indi döyüş ruhu var.

Yaxşı olardı ki, kimsə ölməsin, kimsə şikəst olmasın, amma razılığa gəlinmədi. Sülhməramlı müdaxiləçilərin köməyi olmadı.

Yenə gəldik çıxdıq ibtidai üsula, müharibəyə, özümüzə, öz gücümüzə.

Rüstəm Behrudi: «Adamların eqosu olduğu kimi millətlərin də eqosu olur»

Rüstəm Behrudi
Rüstəm Behrudi

Mən ölümün, qan-qadanın tərəfində deyiləm. Ancaq söhbət millətin, etnosun qədərindən gedirsə, burda başqa cür düşünmək düzgün deyil. Adamların eqosu olduğu kimi millətlərin də eqosu olur. Eqodan məhrum millət millət olmaqdan çıxır.

Bu, müharibədir. Biz döyüşü uduzmuşuq 20 il bundan əvvəl, müharibəni yox. Biz nəyin bahasına olur olsun, Azərbaycanın bütövlüyünü qorumağa borcluyuq. Mən bunun üçün bu yaşımda belə vuruşmağa hazıram. Müharibə labüddür. Savaşların tarixi göstərir ki, əsgəri girdiyi torpaqdan ancaq əsgər çıxara bilər. Mən düşünürəm ki, analar ona görə qara geyinir ki, Vətənin üzü ağ olsun.

XS
SM
MD
LG