Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:45

Keçmiş hərbçi İsa Sadıxov ordunun sonacan gedəcəyinə inanmır


İsa Sadıxov
İsa Sadıxov

-

Norveçdə mühacir həyatı yaşayan Azərbaycanın müdafiə nazirinin keçmiş müavini İsa Sadıxov AzadlıqLive-a deyir ki, son günlər Dağlıq Qarabağdakı döyüşləri diqqətlə və həyəcanla izləyir. O əmindir ki, Azərbaycan xalqı Qarabağ problemini hər vasitə ilə, o cümlədən hərbi yolla həll etməyə qadirdir, ancaq təkcə xalqla iş bitmir, siyasi rəhbərlik var, ordu rəhbərliyi var, kənar amillər var.

O əldə olan məlumatlar əsasında bu nəticəyə gəlir ki, hazırda Dağlıq Qarabağda “mövqe döyüşləri” gedir. Çünki Azərbaycan ordusu doğrudan da güclü hücuma keçsəydi, “sutkaya 20 km irəliləməli idi”. Bundan başqa Sadıxovun fikrincə, canlı qüvvədə itkilər əldə olunan nailiyyətlərə baxanda çoxdur. O soruşur ki, Dağlıq Qarabağda minlərlə yaşayış məntəqəsini almağa onda nə qədər canlı qüvvə və itki lazımdır? Və 20 ildən çox hərbi hazırlıq bunamı gedib?

İsa Sadıxov deyir ki, müdafiə naziri Zakir Həsənov çox yaxşı insan və ya siyasətçi ola bilər, ancaq müharibəni planlaşdıran Baş Qərargahdır. Baş qərargahın uğurlu və böyük nəticə verəcək planının əlamətləri görünmür. Ona görə də İsa Sadıxov ordunun hamının gözlədiyi böyük uğurları qazanacağına şübhə edir.

Müdafiə nazirinin "Xankəndinin vurulmasına hazır olun" - əmri haqda İsa Sadıxov deyir ki, vuran elan eləmir.

O həmçinin deyir ki, hazırda bir çoxları Dağlıq Qarabağda baş verənlərin nə olduğunu anlamağa çalışır. İsa Sadıxovun fikrincə, Qarabağda baş verənlərin səbəbini Rusiyada axtarmaq lazımdır. Rusiya isə bölgəni və tərəfləri nəzarətdə saxlayan bu münaqişəni heç vaxt əldən verməyəcək.

(Onu da qeyd edək ki, İsa Sadıxov bunları aprelin 4-də - "Xankəndinin vurulmasına hazır olun" əmri gələn kimi deyib)

XS
SM
MD
LG