Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:43

Medvedev: Biz satmasaq, başqası satacaq


Dmitry Medvedev
Dmitry Medvedev

-

Rusiyanın baş naziri Dmitry Medvedev Azərbaycana və Ermənistana silah satışından danışıb. «Rossiya 1» kanalında «Şənbə xəbərləri» proqramına müsahibəsində deyib ki, Moskva münaqişə zonasına silah satmağı dayandırsa, bununla başqa dövlətlər məşğul olacaq.

Medvedev hesab edir ki, silah təkcə vuruşmaq üçün yox, həm də bunun qarşısını almaq üçündür.

Rusiya-Azərbaycan arasında vertolyotlar, zenit-raket sistemi, tank və artilleriya alqı-satqısı ilə bağlı 4 milyard dollarlıq müqavilə bağlanıb. Müqavilə 2010-2014-cü ili əhatə edirdi.

Ermənistan 2013-cü ildə Rusiyadan 16 milyon dollarlıq silah-sursat alıb. Bu barədə BBC xəbər verir.

Aprelin 1-dən 5-nə qədər Azərbaycan-Ermənistan arasında son 22 ilin ən qızğın döyüşləri gedib, tərəflər ciddi itkiyə məruz qalıb.

Aprelin 5-də cəbhə bölgəsində atəşkəslə bağlı razılaşma əldə olunub.

XS
SM
MD
LG