Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Haaretz qəzeti Azərbaycanın İsraildən silah daşıdığını iddia edir- [video]


Azərbaycanın İsrail istehsallı Harop dronlarından istifadə etdiyi iddia olunur
Azərbaycanın İsrail istehsallı Harop dronlarından istifadə etdiyi iddia olunur

İsrailin Haaretz qəzeti yenidən Azərbaycan və İsrail arasındakı hərbi əməkdaşlıq məsələlərinə toxunub

İsrailin nüfuzlu Haaretz qəzetinin müzbiri Barak Ravid “Azərbaycan Müdafiə Nazirliyinə məxsus hərbi nəqliyyat təyyarəsinin” iki dəfə bu ölkədə eniş etdiyindən yazır.

Müxbir diqqəti belə bir məqama çəkir ki, hərbi nəqliyyat təyyarəsinin İsrailə gəlişi, aprelin əvvəllərində Dağlıq Qarabağda döyüş əməliyyatlarının getdiyi vaxta təsadüf edib.

Bundan əvvəl Haaretz qəzeti yazmışdı ki, İsrail müdafiə nazirinə göndərdiyi məktubda Meretz partiyasının sədri xanım Zehava Galon, “Azərbaycan, İsrail silahlarından Dağlıq Qarabağda istifadə etməyəcəyi barədə vəd verənədək Bakıya silah satışının dayandırılmasına” çağırıb.

İsrailin müdafiə naziri Moşe Yaalon
İsrailin müdafiə naziri Moşe Yaalon

İndi isə qəzet iddia edir ki, Azərbaycan Müdafiə Nazirliyinə məxsus nəqliyyat təyyarəsi son həftələrdə iki dəfə “ehtimalən Negevdəki hərbi hava bazasında eniş edib”.

Məqalədə yenə də vurğunır ki, bu hadisə Qarabağda Ermənistan və Azərbaycan qoşunları arasında hərbi əməliyyatların şiddətləndiyi vaxta təsadüf edib.

Barak Ravid yazır ki, bəzi mənbələrdən alınmış məlumatlara görə İsrail Azərbaycana son 4 il ərzində 5 milyard dollar dəyərində silahlar satıb və 2014-cü ilin sentybarında İsrailin müdafiə naziri Moshe Yaalon Bakıda səfərdə olub. Bu da qeyd edilir ki, bu səfər zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Məqalədə iddia edilir ki, İlyushin 76 (İl-76) nəqliyyat təyyarəsi İsrailə aprelin 4-də və 6-da gəlib.

Məqalə videodan sonra davam edir:

Azərbaycan təyyarəsi radardan çıxıb

Belə bir təfərrüat da verilir ki, Azərbaycan hərbi hava qüvvələrinin AZAF8 nömrəsi altında uçan təyyarə Türkiyə istiqamətindən gəlib və Kiprin üzərindən uçaraq İsrailin hava məkanına Tel-Əviv üzərindən daxil olub.

Barak Ravid yazır ki, internet mənbələri bu təyyarənin başqa təyyarələr kimi beynəlxalq Ben-Gurion hava limanına enmədiyini, uçuşu İordan vadisi üzərində Eylata doğru davam etdirdiyini göstərir.

Təyyarə radar ekranlarından Arava vadisindəki Hatzeva üzərində yoxa çıxıb

Təyyarə radar ekranlarından Arava vadisindəki Hatzeva üzərində yoxa çıxıb. Buradan bir neçə kilometr şimalda isə Uvda hərbi aerodromu yerləşir.

Məqalədə detyilir ki, təyyarə hər iki uçuşunda aerodromda iki-üç saat qalsa da, onun yük gətirdiyi və yaxud apardığı bilinmir.

Bu da qeyd olunur ki, yan gövdəsində, qeydiyyat nömrəsi olaraq “K-781314” yazılmış təyyarə rəsmi məlumatlara görə 2014-cü ilin 1 sentyabrından Azərbaycan Müdafiə Nazirliyinin ixtiyarındadır.

Bundan əvvəl təyyarənin sahibi bütün Mərkəzi Asiyada ən böyük hava yükdaşımaları şirkəti SilkWay olub.

Təyyarə ağır avadanlıq və ya ehtiyat hissələrinin daşınması imkanlarına malikdir.

SilkWay-in uçuşları

Haaretz qəzetinin məqaləsində deyilir ki, ABŞ-ın hava məkanında əməliyyatlar aparmaq icazəsi almaq üçün SilkWay 2007-ci ildə müraciət edib və şirkət bütün dünyada müxtəlif müdafiə nazirliklərinin sifarişlərini icra edir.

Məsələn, 2002-ci ildə Əfqanıstana humanitar yüklərin daşınması üçün NATO və Almaniya Müdafiə Nazirliyinin kontraktı bu şirkətə verilib.

İl-76 nəqliyyat təyyarəsi (Foto arxivdəndir)
İl-76 nəqliyyat təyyarəsi (Foto arxivdəndir)

“Sənədlərdən görünür ki, bu şirkətin Kanada və Fransa müdafiə nazirlikləri ilə uzunmüddətli müqavilələri bar” – yazır Haaretz.

Məqalədə deyilir ki, SilkWay şirkəti Bakı beynəlxalq hava limanı ilə Ben-Gurion arasında müntəzəm yük daşımaları reylərini yerinə yetirir. Bu əməliyyatları həftəlik əsasda iki Boeing 747 təyyarəsi həyata keçirir. İnternetdən alınmış bir məlumata görə iki təyyarə 2016-cı ildə Bakıdan Ben-Guriona 18 uçuş edib, lakin təyyarələrin yük boşaldıb-doldurması barədə məlumatlar yoxdur.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov Haaretz qəzetinə deyib ki, o, Azərbaycan Müdafiə Nazirliyinə məxsus yük təyyarələrinin İsrailə uçuşları barədə heç bir məlumata malik deyil.

Səfir bunu da bildirib ki, iki ölkə arasında tammiqyaslı diplomatik münasibətlərin mövcudluğuna baxmayaraq, Azərbaycanın Tel-Əvivdə səfiri yoxdur, habelə bu səlahiyyətləri onun özü icra edir.

Dron söhbəti

Süleymanov bunu da deyib ki, SilkWay şirkətinin Ben-Guriona uçuşlarında hansı yüklərin daşınması barədə məlumatı yoxdur, lakin bu şirkət əsasən mülki xarakterli daşımalarla məşğul olur.

Səfir bildirib ki, SilkWay şirkətinin NATO və başqa ölkələrin müdafiə nazirlikləri ilə müqavilələri humanitar yüklərin daşınmasını nəzərdə tutur. Cənab Süleymanov əlavə edib ki, sözü gedən təyyarənin Azərbaycan Müdafiə Nazirlyinə məxsusluğu barədə də heç nə eşitməyib.

Elin Süleymanov: Biz İsrailin dəstəyinə görə minnərdarıq, lakin İsraildən son hərbi toqquşmalarla bağlı daha güclü bəyanatlar gözləyirik

Azərbaycanın ABŞ-dakı səfiri Qarabağda gedən son əməliyyatları ilə bağlı deyib ki, toqquşmalarıerməni tərəfi başlayıb və Azərbaycan öz ərazisində Ermənistanın işğalçı qüvvələrinə qarşı döyüşür.

Onun sözlərinə görə, Ermənistan tərəfi döyüş əməliyyatlarını İlham Əliyevin Vaşinqtona səfəri ilə bağlı təxribat aktı kimi törədib.

Haaretz qəzeti yazır ki, son Qarabağ döyüşlərinsdə İsrail istehsallı Harop intiharçı dronundan istifadəni göstərən video yayılıb. Azərbaycanın Müdafiə Nazirliyi onun dronlarından birinin Qarabağda döyüş cəbhəsinə Ermənistandan “könüllüləri” daşıyan avtobusu vurduğunu bildirib. Bu zaman “7 erməni könüllünün” həlak olduğu bildirilir.

Haaretz yazır ki, media xəbərlərinə görə, İsrailin Aerokosmos Sənayerləri şirkəti (Israel Aerospace Industries ) və Azərbaycan arasında 2012-ci ildə imzalanmış müqavilə əsasında Bakı 1, 6 milyard dollarlıq silah almalı idi. Bu silahların arasında dronların da adı çəkilirdi.

Qəzet bunu da xəbər verir ki, Ermənistanın Misirdəki səfiri (o İsraillə əlaqələrə də baxır) Armen Melkonyan ötən həftə Yerusəlimə səfər edərək İsrail Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Notada dron insidenti və ümumilikdə Azərbaycana silahların satılmasına etiraz bildirilirdi.

“İsrail mövqeyini daha açıq bildirməlidir”

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Haaretz qəzetinə bildirib ki, onun fikrincə İsrail Azərbaycanın mövqeyinə daha açıq şəkildə dəstək verməlidir.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov dron məsələsinə "bu qədər maraqdan" təəccüblənib
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov dron məsələsinə "bu qədər maraqdan" təəccüblənib

O deyib ki, “biz bütün dostlarımızdan ərazi bütövlüyümüzün dəstəklənməsi üçün səslərinin ucaldılmasını gözləyirik”.

“Biz İsrailin dəstəyinə görə minnərdarıq, lakin İsraildən son hərbi toqquşmalarla bağlı daha güclü bəyanatlar gözləyirik” – deyib səfir.

Son döyüş əməliyyatlarında israil dronlarından istifadə barədə şərh söyləyərkən səfir nə təsdiq, nə də təkzib mövqeyini tutub.

O deyib ki, bu iddialar kimlərinsə “hansısa fotolar əsasında həvəskar müqayisələr aparmasından irəli gələ bilərdi”.

Elin Süleymanov bunu xüsusilə vurğulayıb ki, Bakı və İsrail arasında rəsmi hərbi əməkdaşlıq mövcuddur və o, İsraildə dron və başqa silahlarla bağlı iddialara bu qədər geniş müzakirə açılmasından təəccüblənib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin:

XS
SM
MD
LG