Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:04

«Olimpus-az» MTK-dan mənzil alan bir payçının əhvalatı


Yeni çoxmərtəbəli bina (arxiv fotosu)
Yeni çoxmərtəbəli bina (arxiv fotosu)

6 ildir ki, bir məhkəmə qətnaməsini icra etməyən «Olimpus-az» MMC-nin sədrinin 5 il əvvəl vəfat etməsi payçıların vəziyyətini ağırlaşdırıb.

Bir şirkət binanı tikib başa vura bilmir. Payçılar da mənzillərə görə ödədikləri pullarını geri tələb etməyə başlayırlar. Şirkətin sahibi həbs edilir, məhkəmə ona cəza kəsir. Hökmdən az sonra sahibkar həbsxanada vəfat edir. Payçılara bildirilir ki, kişi öldü, pullar batdı...

Bu əhvalat vaxtilə «Olimpus-az» MMC-dən mənzil almaq üçün müqavilə bağlayan yüzlərlə payçılardan biri olan Arzuman Həsənovdan da yan ötməyib. 6 ildir ki, bir məhkəmə qətnaməsini icra etməyən «Olimpus-az» MMC-nin sədrinin 5 il əvvəl vəfat etməsi başqa payçılar kimi onun da vəziyyətini ağırlaşdırıb. Bu şirkətdən mənzil alanı başına nələr gəlib, keçmiş payçı özü danışır:

«PULU KİŞİYƏ BORC VERMƏMİŞƏM»

«Şirkət 2007-ci ildə Yasamal rayonu, Talıblı küçəsi 4 saylı ünvanda çoxmərtəbəli binalar tikmək adı ilə vətəndaşların külli miqdarda pulunu aldı. Mən də 3 otaqlı mənzil arzusuyla alqı-satqı yoluyla şirkətə 50 min manata yaxın pul ödədim. Ancaq 2008-ci ilin fevralında binada tikinti işləri dayandırıldı. Əvvəllər şirkətin rəhbəri Rauf Qurbanov bunu maliyyə problemləri ilə izah edirdi. Mən və mənim kimi çoxu hüquq-mühafizə orqanlarına müraciət etdik, Rauf Qurbanovu dələduzluq maddəsi ilə tutub saldılar həbsxanaya, o da orda öldü, pullarımızın qaytarılması ilə bağlı qətnamələr qaldı əlimizdə. Şəxsən mən 6 ildir ki, qətnaməni cibimdə gəzdirirəm. Deyirlər, «kişi öldü, pul da batdı, getdi». Mən ki, pulu kişiyə borc verməmişdim, mən dövlətin lisenziyası ilə fəaliyyət göstərən, ev tikib vətəndaşa satan şirkətə qanuni yolla pul keçirib mənzil almışdım. Şirkətin sədri ölüb, şirkət ki, yerindədir».

Arzuman Həsənov deyir, 6 ildir ki, məhkəmə 50 min manat civarında pulun «Olimpus-az» MMC-dən tutulub onun ailəsinə verilməsi barədə qətnamə çıxarsa da, şirkət qətnaməni icra etmir. Səbəb də bu gətirilir ki, şirkətin sədri vəfat edib.

Rauf Qurbanov və onun şəriki Vüsal Rəhimov dələduzluqda ittiham olunaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə məhkum olunublar. Rauf Qurbanova 11 illik həbs verilsə də, hökmdən bir neçə ay sonra həbsxanada vəfat edib.

SATMAQ HÜQUQU OLMAYIB?

Payçı deyir, sonradan «Şərurlu İsfəndiyar» kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus «Şərur» MTK həmin binanın tikintisini davam etdirib. Şirkət tikintiyə başlamazdan əvvəl mənzil sahibləri ilə anlaşacağını deyib:

ORTAĞI KİMDİR?

Təqribən 2 il əvvəl AzadlıqRadiosu-na müraciət edən başqa payçılar bildirmişdilər ki, «Olimpus-az»ın ortağı «Qlobal Azəri»nin sahibi Mehdi Axundov «Şərur MTK»nın sahibi İsfəndiyar Axundovun oğludur.

Həmin vaxt İsfəndiyar Axundov «Qaynar xətt»ə «Olimpus-az» şirkəti ilə iş ortaqlığını inkar etmişdi. «Qlobal Azəri»nin sahibi ilə qohumluq əlaqələrinin olduğunu, «Qlobal Azəri»nin «Olimpus-az»a tikinti aparmaq üçün torpaq sahəsi verdiyini, lakin mənzil satışı hüququ vermədiyini bildirmişdi.

Əlqərəz, keçmiş payçı Arzuman Həsənov deyir, şirkətlər arasındakı münasibətlərin ona aidiyyəti yoxdur. İstədiyi də illər əvvəl ödədiyi pulun ona qaytarılmasıdır:

«İki dəfə devalvasiya oldu, o pul onsuz da «öldü». Heç olmasa, qaytarsınlar, gedim 1 otaqlı ev alım. Bir azdan o pula heç əl boyda tövlə də düşməyəcək».

MƏNZİL SATIŞINA HÜQUQ VERMƏYİB

Şəxsən mən 6 ildir ki, qətnaməni cibimdə gəzdirirəm. Deyirlər, «kişi öldü, pul da batdı, getdi». Mən ki, pulu kişiyə borc verməmişdim...

Yasamal məhkəməsi Arzuman Həsənovla qızı İlahə Həsənovanın iddiasına baxarkən cavabdeh tərəf olan «Olimpus-az» MMC-nin hüquqi ünvanına da bildiriş göndərib ki, məhkəmədə iştirak etsinlər. Ancaq məktub məhkəməyə qayıdıb. Məlum olub ki, şirkətin hüquqi ünvanı kimi qeyd olunan ünvanda belə bir şirkət fəaliyyət göstərmir.

Yasamal rayon icra şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, «Olimpus-az»ın bir neçə il əvvəl inşasına başladığı üç göydələnin ərazisi başqa bir şirkətə - «Qlobal Azəri»yə məxsus imiş. Həmin şirkət «Olimpus-az»a ərazidə yalnız bina tikmək kimi hüquq verib. Mənzil satışına isə hüquq verməyib. İki şirkət arasındakı müqavilə 50/50-yə nisbətində olub. Mülkiyyət tam «Olimpus-az»a verilmədiyindən məhkəmə qərarları da icra olunmadan qalıb.

«Şərur» MTK-nın çoxlu törəmə şirkətləri var ki, həmin şirkətlərin əməkdaşları məhz payçıları aldatmaları və külli məbləğdə yeyintilərə görə həbsxanalarda cəza çəkməkdədirlər.

XS
SM
MD
LG