Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Banqladeşdə İslam Partiyasının lideri edam edilib


Motiur Rahman Nizami ölüm hökmü elan ediləndən sonra
Motiur Rahman Nizami ölüm hökmü elan ediləndən sonra

Motiur Rahman Nizami 1971-ci ildə Pakistanla müstəqillik müharibəsi zamanı soyqırım və başqa cinayətlər törətməkdə ittiham olunmuşdu

Banqladeşdə dünyanın ən böyük müsəlman təşkilatlarından biri olan İslam Partiyasının lideri Motiur Rahman Nizami asılaraq edam edilib.

O 1971-ci ildə Pakistanla müstəqillik müharibəsi zamanı soyqırım və başqa cinayətlər törətməkdə ittiham olunmuşdu.

Ədliyyə naziri Anisul Haq Reuters agentliyinə deyib ki, Camaate-İslami partiyasının rəhbəri Nizami, Ali Məhkəmə onun son əfv ricasını rədd etdikdən dərhal sonra Dəkkənin Mərkəzi Həbsxanasında edam edilib.

45 illik gözlənti

Onun barəsində ölüm hökmünü soqyırımı araşdıran xüsusi tribunal çıxarımışdı. O soyqırımda, zorlama və tanınmış ziyalıların qətliamlarının təşkilində ittiham edilirdi.

Müxalifət lideri Khaleda Zia-nın hökumətində nazir olmuş 73 yaşlı Nizami barəsində ölüm hökmü 2014-cü ildə çıxarılmşdı.

Partiya liderinin müavinin Mohammad Kamaruzzaman 2013-cü ildə edam olunub
Partiya liderinin müavinin Mohammad Kamaruzzaman 2013-cü ildə edam olunub

Reuters agentliyi yazır ki, edam xəbərinin ardınca minlərlə insan paytaxt Dəkkədə küçələrə çıxaraq hökmün icrasını alqışlayıb.

“Biz bu günü 45 ildir ki, gözləyirdik” - deyib müharibə veteranı Akram Hossain Reuters agentliyinə.

Lakin baş nazir Sheikh Hasinanın sərəncamı ilə yaradılmış hərbi cinayətlər tribunalı bir sıra müxalifətçilər və Camaate-İslami üzvləri tərəfindən kəskin tənqid edilirdi.

Reuters xəbər verir ki, edam hökmünün icrası əsnasında Dəkkə və başqa böyük şəhərlərin küçələrinə çoxsaylı təhlükəsizlik və polis qüvvələri çıxarılmışdı.

Bundan əvvəlki hökmlərlə bağlı baş verən etirazlarda indiyədək 200 nəfər həlak olub.

Banqladeş hələ Şərqi Pakistan olanda

Xəbər verilir ki, 2013-cü ildən bəri Banqladeşdə 5 müxalifət nümayəndəsi edam edilib. Onlardan 4-ü Camaate-İslami partiyasının üzvləri idilər.

Partiya üzvləri bildirirlər ki, Nizamiyə qarşı ittihamlar əsassız idi və o siyasi qisasın qurbanı olub.

Partiya bu edama etiraz olaraq ölkə boyunca tətilə çağırıb.

ABŞ Dövlət Departamenti bəyan edib ki, 1971-ci ilin cinayətləri üçün ədalətin icrasından məmnundur, lakin belə mühakimələr açıq və şəffaf keçirilməlidir.

Hökumət məlumatlarına görə 1971-ci il müharibəsi zamanı 3 milyon insan qətliam edilib və minlərlə qadın zorlanıb.

Həmin müharibədə Camaate-İslami,hələ Şərqi Pakistan adlanan Banqladeşin Qərbi Pakistandan ayrılmasına qarşı çıxmışdı.

Reuters bildirir ki, bu müsəlman ölkəsində son illər baş verən zorakılıqlarda ateist blogerlər, alimlər, dini azlıqların nümayəndələri və humanitar işçilər öldürülüb.

XS
SM
MD
LG