Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:55

Əgər Ermənistan Azərbaycanın neft infrastrukturunu vursa...


Ermənistan prezidenti Qarabağda, Arxiv
Ermənistan prezidenti Qarabağda, Arxiv

►NATO ilə əməkdaşlıqdan “kim qıcıqlanır qıcıqlansın”, yoxsa…

“Aprelin əvvəlində Ermənistan kəmərləri vuracağını bəyan etmişdi. Bunu da özbaşına etməmişdi...."

Gürcüstan Azərbaycanı NATO təlimlərində iştirak etməyə çağırıb.

Deputat Rasim Musabəyov AzadlıqRadiosuna açıqlamasında deyir ki, burda yeni heç nə yoxdur, Azərbaycan birinci dəfə deyil NATO ilə əməkdaşlıq proqramı çərçivəsində bu cür təlimlərə qatılır.

Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

Rasim Musabəyov
Rasim Musabəyov

“Yeni olan odur ki, Ermənistan provokasion bəyanatlarla çıxış edir və hərbi əməliyyatlar bərpa ediləcəyi halda kəmərlərə zərbə endirəcəyini bildirir. Ancaq bu tək Azərbaycanın yox, həm Türkiyənin, həm də Gürcüstanın maraqlarına zərbədir. Adıçəkilən üç ölkə bunun qarşısını almaq üçün səylərini birləşdirə bilər və bu yerində addımdır”, - deputat bildirir.

Mayın 14-də Qəbələdə görüşən Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri neft, qaz nəql edən boruların, kəmərlərin birgə mühafizəsi məsələsində razılığa gəliblər və bununla bağlı təlimlər keçiriləcək.

Fərəc Quliyev
Fərəc Quliyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyir:

“Aprelin əvvəlində Ermənistan kəmərləri vuracağını bəyan etmişdi. Bunu da özbaşına etməmişdi. Ona görə müttəfiqlərimizi qətiləşdirməli və ən gərgin vaxtlarda kimin yanımızda, kimin qarşımızda olduğunu öyrənməkdə tərəddüd etməməliyik”.

Gözlə

No media source currently available

0:00 0:01:31 0:00
Direct-ə keçid

ARAZ ƏLİZADƏ: “BU HAQDA ALİ KOMANDAN DANIŞMALIDIR”

Başqa bir deputat Araz Əlizadə bu məsələyə münasibət bildirməkdən imtina etdi.

Araz Əlizadə
Araz Əlizadə

Onun qənaətincə, hərbi məsələlərlə bağlı ali baş komandan və ya müdafiə naziri danışmalıdır, “kənardan mülki vətəndaşın, hətta deputat olsa belə, hərbi məsələlər haqqında fikir yürütməsi düzgün deyil”.

FƏRƏC QULİYEV: “KİM QICIQLANIRSA QICIQLANSIN”

Deputat Fərəc Quliyevsə həmkarı kimi düşünmür. O, “gizlətmə mövqeyində” durmağı normal saymadığını bildirir və hesab edir ki, əksinə, Azərbaycan öz siyasi orientasiyasını elan etməlidir:

“Biz Qərbə, onun təsisatlarına inteqrasiyada, NATO-ya inteqrasiyada maraqlı olmalıyıq. NATO ilə bəzi əlaqələrimiz var, bəzi tədbirlərdə, təlimlərdə iştirak edirik. Düşünürəm ki, gizlətmə mövqeyində dayanmaq düzgün deyil. Bizim bu təlimlərdə iştirakımız düşmənçilik anlamına gəlmir. Kim də bundan qıcıqlanır, qıcıqlansın”.

Fərəc Quliyevin sözlərinə görə, indiki məqamda Azərbaycan nəinki o təlimlərdə iştirak etməlidir, hətta NATO tipində çevik və mobil ordu qurulmasında, silahlanmanın NATO dövlətləri hesabına aparılmasında maraqlı olmalıdır. “Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Rusiya birmənalı şəkildə Ermənistana dəstək verir, bu da bizim zərəriməzədir”, - deputat deyir.

____________________________________________________________

Bunlara da bax:
Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»
Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...

____________________________________________________________

ŞAHİN CƏFƏRLİ: “BU MƏSƏLƏ ÇOX VAXT KÖLGƏDƏ QALIR”

Siyasi təhlilçi Şahin Cəfərli Azərbaycan hərbçilərinin NATO təlimlərdə iştirakını tamamilə mümkün sayır.

“Azərbaycan NATO-nun tərəfdaş ölkələrindən biridir və müstəqillik qazandığı ilk illərdən alyansla əməkdaşlıq edir. Bu məsələ çox vaxt kölgədə qalır və gündəmə gəlmir, amma Azərbaycan hərbçiləri hər il NATO-nun çoxsaylı tədbirlərində, o cümlədən, komanda-qərargah təlimlərində iştirak edirlər. İstər Sülh Naminə Tərəfdaşlıq Proqramı, istər Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı, istərsə də Planlaşdırma və Analiz Prosesi və digər sənədlər çərçivəsində əməkdaşlıq mövcuddur. Azərbaycan hərbçilərinin NATO-nun Kosovo və Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak etməsi faktını xatırlatmaq da yerinə düşər. Bundan başqa, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini müəyyən mənada Azərbaycan-NATO birgə təlimləri kimi də qiymətləndirmək mümkündür, çünki Türkiyə Silahlı Qüvvələri NATO sisteminin bir hissəsidir. Yəni Azərbaycan-NATO əməkdaşlığının inkişafı üçün münbit zəmin və təməl çoxdan mövcuddur” , - deyir Şahin Cəfərli.

BƏS RUSİYA AMİLİ?

Bu yerdə siyasi təhlilçi yada salır ki, Avropa və avroatlantik strukturlara inteqrasiya Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında əksini tapmış strateji məqsədlərdən biridir.

“Sadəcə, Azərbaycan Rusiya amili başda olmaqla, müəyyən risk faktorlarını nəzərə alaraq bu istiqamətdə ehtiyatlı hərəkət etməyə üstünlük verir. Xüsusən Dağlıq Qarabağ münaqişəsi və erməni işğalı ciddi təhdid mənbəyi olaraq qalır və bu məsələdə Moskvanın birmənalı şəkildə ermənilərin yanında yer almasına yol verməməkdən ötrü rəsmi Bakı müəyyən manevrlər edir. Məncə, bunu anlayışla qarşılamaq lazımdır”.

Gürcüstanın mövqeyinə gəldikdə, Şahin Cəfərli qonşu ölkənın fəal şəkildə avroatlantik inteqrasiya siyasəti apardığını və bu məsələdə Azərbaycanı da yanında görmək istədiyini bildirir.

“Türkiyə isə Gürcüstan və Azərbaycanın NATO ilə yaxınlaşmasında maraqlıdır, çünki bu proses hər iki ölkə ilə quru sərhədinə malik yeganə NATO üzvü kimi Türkiyənin regionda ağırlığının artmasına səbəb olacaq”.

Şahin Cəfərli Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının hər üç ölkənin həm siyasi-iqtisadi, həm də təhlükəsizlik maraqlarına cavab verən “önəmli format” olduğunun düşünür. Onun qənaətincə, Azərbaycanın maraqları bu format çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsini tələb edir.

Buna da bax: Müdafiə naziri yeni hərbi hissənin açılışında- [Fotolar]

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 may)

Rasim Musabəyov: “Azərbaycan heç bir halda buna razılaşmayacaq”
“Azərsu” suyun qiymətinin qaldırılmasını nəylə əsaslandırır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 may)​

Qarabağa görə Azərbaycandan nə tələb olunur?

XS
SM
MD
LG