Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:23

Qanunsuz sahibkarlığın cəzası kəskin azaldı


İllüstrasiya
İllüstrasiya

►Deputat “hə” deyir, iqtisadçılar...

İyunun 1-dən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olanlar, sadəcə, cərimə ödəməklə məsuliyyətdən azad ediləcəklər.

Prezident Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Sənəddə deyilir ki, əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Amma indi qüvvədə olan qanuna görə, qanunsuz sahibkarlıqla məşğul olanlar qanunsuz əldə edilmiş gəlirin iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vahid Əhmədov
Vahid Əhmədov

Mətbuatda yeni dəyişikliyi "iqtisadi amnistiya" kimi dəyərlənirənlər də tapıldı.

Deputat Vahid Əhmədov AzadlıqRadiosuna deyir ki, qanunsuz sahibkarlıqla məşğul olanlar var və bu dəyişiklik belə cinayətlərin qarşısını müəyyən qədər ala biləcək. Ancaq o təkcə bu addımın yetərli olmadığını da bildirir.

Gözlə

No media source currently available

0:00 0:01:29 0:00
Direct-ə keçid

“İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblının münasibəti konkretdir:

“Bu qanunda edilən dəyişikliyin təsiri altına düşən şəxslər İnzibati Xətalar Məcəlləsi və mülkü hüquqpozma halları ilə cəzalandırılırdısa, bundan sonra maliyyə cərimələri ilə canlarını qurtarmaq imkanları əldə edəcəklər. Bilirik ki, həbsxanalarda nəzərdə tutulduğundan daha çox insanın olması gizlədilmir də. Bu, eyni zamanda dövlət büdcəsindən əlavə xərc və ya maliyyə itkisi deməkdir. Cinayət Məcəlləsinə dəyişiklik etməklə həm bu xərcləri məhdudlaşdırmaq mümkündür, həm də vergilər, cərimələr formasında dövlətin fiskal qurumlarına daxilolmalar artır”.

Məhəmməd Talıblının qənaətincə, Neft Fondundan dövlət büdcəsinə transfertlərin və qeyri-neft sektorundan vəsaitlərin azaldığı bir vaxtda “əlavə büdcənin gəlir mənbəyi artır”.

____________________________________________________________

Bunlara da bax:
"Azərbaycan istəməsə də, islahatlara məhkumdur"
Yalnız tibb təhsili alanlara möhlət hüququ veriləcək

____________________________________________________________

Nemət Əliyev
Nemət Əliyev

““AMNİSTİYA” DEMƏYƏ TƏLƏSMƏYƏK”

Başqa bir iqtisadçı Nemət Əliyev “sahibkarların yolundakı əngəllərin aradan qaldırılmasını müsbət hal kimi” qiymətləndirir. O, maneələrin götürülməsi baxımından Cinayət Məcəlləsinə dəyişikliyi “faydalı sayır”. Ancaq bunu “iqtisadi amnistiya” kimi qiymətləndirməyə tələsmir:

Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

“Burda ehtiyatlı davranmağın tərəfdarıyam. Misal üçün, qanunvericilikdə vergi orqanının kefi istədiyi vaxt sahibkarlıq obyektində xronometraj quraşdırmaq ixtiyarı varmı? Və ya sahibkarın üstünə haqq qoymaq ixtiyarı varmı? Əlbəttə yoxdur. Olsun ki, yeni qanunla hansısa cərimələr azaldılsın, ancaq qarmaq ilişdirmək imkanı hələ də qalır. Xüsusən də Vergilər Nazirliyi və Gömrük Komitəsinin yarıtmaz fəaliyyətini qeyd etmək istəyirəm”.

Nemət Əliyev bir məqama diqqət çəkir:

“Azərbaycan qanunvericiliyi o dərəcədə eybəcər şəkildə deyil, eybəcər olan məmurların qanunsuz əməllərinin qarşısının alınmamasıdır. Problemlər də ordan qaynaqlanır. Bunun üçün qanunun gücündən istifadə edilməlidir, müstəqil məhkəmə olmalıdır. Yoxsa bu cür qanunlar gözdən pərdə asmaq üçündür”.

VAHİD ƏHMƏDOV: “HÖKUMƏTƏ MÜRACİƏT ETMİŞİK Kİ...”

Deputat Vahid Əhmədov da bu fikirdədir ki, gömrük və vergi sahəsində köklü islahatlara ehtiyac var. Amma son zamanlar hökumətin bu yöndə ciddi addımlar atdığını da qeyd edir.

Deputat gömrükdə şəffaflığın nisbətən təmin olunduğunu deyir:

“Düzdür, xəlvətdə nə var, nə yox, bilmirəm. Ancaq broker sistemi yoxdur. Buna görə də indi başqa problem yaranıb. Əvvəllər brokerlər bəzi məsələləri həll edirdilər, yəni malın müəyyən hissəsini qeydə almırdılar, amma indi bu, tam şəffafdır. Malın hamısı qeydə alınır. Problem odur ki, sahibkar 15 faiz gömrük rüsumu, 18 faiz ƏDV və 2-3 faiz də başqa xərclər ödəməlidir, bu da elə 36-38 faizə çıxır. Bu, böyük rəqəmdir. Ona görə də hökumətə müraciət etmişik ki, gömrük rüsumu, əlavə dəyər vergisi azaldılsın. Buna baxılsa, müsbət nəticəsi ola bilər”.

Vahid Əhmədov güman edir ki, məhz bu cür problemlər həll edilərsə, qanunsuz sahibkarlıqla məşğul olanların sayı daha çox azalar.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)

İlham Əliyev Ermənistanı ittiham etdi
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək
Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (23 may)

"Dünyanın Azərbaycan qaçqınına marağı azalır"

XS
SM
MD
LG